Bağlanan restoranların yenidən fəaliyyət göstərməsi ... - Nazirlik













“Restoranların bağlanması məhkəmənin qərarına əsasən həyata keçirildiyi kimi, onların yenidən fəaliyyət göstərməsi də məhkəmənin qərarına bağlıdır. Əgər normalara cavab verirsə, bu zaman restoran rəhbərliyi məhkəməyə müraciət edib fəaliyyətini yenidən bərpa edə bilər. Təbii ki, restoranın yenidən fəaliyyəti üçün məhkəmə qərar verir”.

dogruxeber.tv xəbər verir ki, bunu modern.az-a açıqlamasında ETSN-nin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktoru Ramal Bağırov deyib.

Qurumun rəsmisi restoran rəhbərliyi tərəfindən edilən müraciətlərdən də söz açıb.

“Növbəti həftə məsələ ilə daha yaxından tanış olacağıq. Bağlanan restoran rəhbərliyi nazirliyin əməkdaşları olaraq bizə də müraciət edirlər. ETSN-nin iradları ilə razılaşdıqlarını və qüsurları aradan qaldırdıqlarını söyləyirlər. Bildirdiklərinə görə, artıq qurğular da quraşdırıblar. Sadəcə, prosesi məhkəmə orqanları həyata keçirdiyi üçün hər hansı cavab verə bilmirik. Təbii ki, buna məhkəmə orqanları qərar verəcək”.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) bir neçə aydır Bakı, Sumqayıt, Gəncə və Abşeron yarmadasında müasir standartlara uyğun təmizləyici qurğuları olmayan, havanı çirkləndirən iaşə obyektlərinin monitorinqini aparır

ETSN tərəfindən verilən vaxtdan bu günə qədər 223 iaşə obyektində müasir standartlara cavab verən qurğu quraşdırılıb.

"Özkardeşlər" və "Qızıl balıq" restoranları isə artıq məhkəmənin qərarı ilə bağlanıb.

Son xəbərlər

Sumqayıtda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

Azərbaycanda hansı hallarda saytlara giriş məhdudlaşdırıla bilər?

Portuqaliya və İngiltərə ikinci oyununa çıxır

Hacı Şahinin oğlu məzun oldu

Qəbələdə 4 ton çətənə kolu məhv edildi

Litvanın Baş naziri istefa verdi

Bütün sosial ödənişlər bu tarixdə ödəniləcək

Xankəndidə kafedə İNSİDENT: həbs olunanlar var

İşdən çıxamağınızla bağlı ərizə yazmayın - Təhsil eksperti

İlham Əliyev həmkarını yola saldı

"Kəpəz" yeni baş məşqçisini açıqladı

Bir gecəyə silsilə oğurluqlar edən TUTULDU

Şəhid övladları liseyə qəbul olundular - ADLAR

"Politico": Cənubi Koreya dünyanın ən böyük silah təchizatçıları siyahısına düşüb

"Vaşinqtona etimad göstərmirik" - İran

Quterreş süni intellekt şirkətlərinə ÇAĞIRIŞ etdi

Yumurta yenidən bahalaşdı – 15 qəpik oldu

Özbəkistanda korrupsiyaya yol vermiş şəxslər reyestrə daxil ediləcək

Sabah bəzi yerlərə yağış yağacaq - PROQNOZ

Rusiya Ermənistana xəbərdarlıq etdi

Aİ rəsmisi: Orta Dəhlizi Türkiyəsiz təsəvvür etmək mümkün deyil

Kənd təsərrüfatı torpaqları 5 hektardan az satmaq mümkün olmayacaq

Bakı zooparkı ləğv olunur

Təbiəti çirkləndirənlərə ağır cəza: Azərbaycanda 7 min manatadək yeni cərimə

Azərbaycanda ən çox sürülən maşınlar - STATİSTİKA

TƏBİB-in icraçı direktoru Şuşada vətəndaşları qəbul edəcək

Toyda SİLAHLI İNSİDENT: yeniyetmə 11 nəfəri güllələdi

“Azeri Light” 80 dollara satılır

Keçmiş icra başçısına yeni vəzifə verildi - Foto

"Badam" klinikasının direktoru istefa verdi - SƏBƏB

Bütün xəbərlər