Yeni ilin ilk iş günü hava necə olacaq? - AÇIQLANDI



















Ölkə ərazisində yanvarın 3-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər ayrı-ayrı yerlərdə zəif duman olacağı, gündüz isə bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 3-5°, gündüz 7-10° isti təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 1-6° şaxta, dağlıq ərazilərdə 10-15° şaxta, gündüz 3-8° isti təşkil edəcəyi ehtimal olunur.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq. Qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 3-8° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 0-4° şaxta, gündüz 7-12° isti təşkil edəcək.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi şərq rayonlarında yağış yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 1-6° şaxta, gündüz 6-11° isti, dağlarda gecə 8-13°, yüksək dağlıq ərazilərdə 15-17° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti təşkil edəcəyi ehtimal olunur.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi şərq rayonlarında yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13° isti təşkil edəcəyi gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Dağlarda duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-4° isti, gündüz 7-11° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-6° isti təşkil edəcək

Son xəbərlər

Kompüterlər üçün ilk ultra-sürətli yaddaş yaradıldı

BMT: Dünyada ərzaq ucuzlaşıb

Dövlət Xidməti Ağsuda vətəndaş qəbulu keçirdi

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Yay üçün arıqlamaq istəyənlər bu səhvə yol verməsinlər

Hicran Hüseynova dünyasını dəyişdi

“Liverpul” yeni baş məşqçisini açıqladı

İtaliyada dörd miqrant diri-diri yandırıldı

Məhv olmuş planetin ilk qəti sübutu tapıldı

Oğluna dördüncü dəfə Laçında toy etdi

ABŞ Haitidən gələn və 240 miqrantı daşıyan qayığı saxlayıb

Türkiyə terrorla mübarizədə Nigerə yardım edəcək

Putin İlham Əliyevə buna görə təşəkkür etdi

Yeni Delhidə oteldə yanğın olub – 21 nəfər ölüb, 17-si əcnəbidir

Tovuzun Cəlilli kəndi içməli su ilə təmin olunub

Əraqçi Xameneinin öldürüldüyü vaxt onun ofisində imiş - detalları açıqladı

Livanda ölənlərin sayı 3 526 nəfərə çatdı

Zelenski Putinə görüş və atəşkəs təklif edib

Körpüdə uşaqları daşıyan avtobus SUV ilə toqquşub - Bu ölkədə

Kartla ödəniş edənlərin NƏZƏRİNƏ!

Mehriban Abasquliyeva sabiq məhkəmə sədrinin bacısı imiş

Rusiyadan Ermənistana səsverməyə gələnlər saxlanılır

Azərbaycanda bu şəxslərdən sürücülük vəsiqəsi tələb olunmayacaq

BAŞLANDI! Rusiya şəhərləri, Krım, gəmilər, zenit-raketlər, dəmiryolları BOMBALANIR

“Qarabağ” 1 milyona qapıçı alır

Podolyakdan Lukaşenkoya hədə: Təqaüdə çatmaq istəyirsə...

ADY yayda daha sıx qrafiklə fəaliyyət göstərəcək

ADY yayda daha sıx qrafiklə fəaliyyət göstərəcək

Sərhəddə, yerin altında gizli narkotik marşrutu: illərlə diqqətdən yayınıb - Foto

Tarixdə ilk trilyonçu ola bilər

Bütün xəbərlər