Sabahın hava proqnozu: Gecə 14 dərəcə şaxta, gündüz...













Sabaha gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Teleqraf.com-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək.

Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 3-5°, gündüz 8-11° isti təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq, Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° şaxta, dağlıq ərazilərdə 9-14° şaxta, gündüz 3-8° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-10° şaxta, gündüz 0-5° isti təşkil edəcək.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-11° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz olacaq. Ayrı-ayrı yerlərdə duman olacaq, Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 3-8° isti, dağlarda gecə 7-12°, yüksək dağlıq ərazilərdə 13-18° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti təşkil edəcək.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək, dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-5° isti, gündüz 8-11° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 4-8° isti təşkil edəcək.

Son xəbərlər

“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi

49 nəfər səhrada susuzluqdan öldü

Bu türk ölkəsi Dubaya uçuşları bərpa etdi

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Qızıl almaq istəyənlər üçün ŞAD XƏBƏR - 1 qramı...

Kompüterlər üçün ilk ultra-sürətli yaddaş yaradıldı

BMT: Dünyada ərzaq ucuzlaşıb

Dövlət Xidməti Ağsuda vətəndaş qəbulu keçirdi

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Yay üçün arıqlamaq istəyənlər bu səhvə yol verməsinlər

Hicran Hüseynova dünyasını dəyişdi

“Liverpul” yeni baş məşqçisini açıqladı

İtaliyada dörd miqrant diri-diri yandırıldı

Məhv olmuş planetin ilk qəti sübutu tapıldı

Oğluna dördüncü dəfə Laçında toy etdi

ABŞ Haitidən gələn və 240 miqrantı daşıyan qayığı saxlayıb

Türkiyə terrorla mübarizədə Nigerə yardım edəcək

Putin İlham Əliyevə buna görə təşəkkür etdi

Yeni Delhidə oteldə yanğın olub – 21 nəfər ölüb, 17-si əcnəbidir

Tovuzun Cəlilli kəndi içməli su ilə təmin olunub

Əraqçi Xameneinin öldürüldüyü vaxt onun ofisində imiş - detalları açıqladı

Livanda ölənlərin sayı 3 526 nəfərə çatdı

Zelenski Putinə görüş və atəşkəs təklif edib

Körpüdə uşaqları daşıyan avtobus SUV ilə toqquşub - Bu ölkədə

Kartla ödəniş edənlərin NƏZƏRİNƏ!

Mehriban Abasquliyeva sabiq məhkəmə sədrinin bacısı imiş

Rusiyadan Ermənistana səsverməyə gələnlər saxlanılır

Azərbaycanda bu şəxslərdən sürücülük vəsiqəsi tələb olunmayacaq

BAŞLANDI! Rusiya şəhərləri, Krım, gəmilər, zenit-raketlər, dəmiryolları BOMBALANIR

Bütün xəbərlər