hadise
9.01.2019, 11:40
"Mercedes" AŞDI: 5 nəfər ağır yaralandı

Hacıqabul rayonunda ağır yol-nqəliyyat hadisəsi baş verib.
dogruxeber.tv Report-a istinadən xəbər verir ki, hadisə rayonun Atbulaq kəndi ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq aşıb.
İlkin məlumatlara görə, hadisə nəticəsində 5 nəfər ağır yaralanıb.
Faktla bağlı araşdırmalara başlanılıb.


