Videosu yayılan polis işdən çıxarıldı- Nazirlikdən AÇIQLAMA

















Daxili İşlər Nazirliyi (DİN) polis əməkdaşının oğurluq etməsini əks etdirən videogörüntülərə münasibət bildirib.

DİN-in Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov report-un sorğusuna cavab olaraq bildirib ki, videonun harada və nə vaxt çəkildiyi bilinməsə də, Nazirliyin aidiyyəti qurumları bu iddia ilə bağlı dərhal obyektiv araşdırmalar aparıb: "Qısa zamanda müəyyən edilib ki, görüntüdə olan şəxs, həqiqətən də, polis əməkdaşıdır və paytaxtdakı mühafizə idarələrindən birində polis nəfəri kimi xidmət edib. Onun cibinə qoyduğu əşya isə qızıl bilərzik deyil, metro stansiyalarının önündə satılan adi bijuteriyadır. Dərhal həmin gənc əməkdaş aidiyyəti idarəyə dəvət olunub və sorğu zamanı törətdiyi xoşagəlməz və polisin adına yaraşmayan hərəkəti 2018-ci ilin oktyabr ayında törətdiyini etiraf edib".

E.Zahidov qeyd edib ki, DİN rəhbərliyinin göstərişi ilə daxili işlər orqanlarının nüfuzuna xələl gətirən, polisin adına yaraşmayan hərəkətlərə yol verdiyinə görə həmin şəxs daxili işlər orqanlarında xidmətdən xaric edilib.

Qeyd edək ki, ötən gün bəzi xəbər saytlarında və sosial şəbəkələrdə polis əməkdaşı olduğu iddia edilən şəxsin satışda olan sarı metal əşyanı götürüb cibinə qoyduğunu əks etdirən videogörüntü paylaşılıb. Müəllifin qənaətinə görə əşya qızıl bilərzikdir.Unikal.org

Son xəbərlər

Bakıda orqan alveri - Tanınmış həkim və tibb qardaşı HƏBS OLUNDU

Tibb müəssiəsələri ilə bağlı qərar verildi - Məcburi olaraq...

Bakıda iş saatları dəyişir - DETALLAR AÇIQLANDI

Zakir Həsənov Pakistana başsağlığı verdi

Qızıl və gümüş ucuzlaşdı

Rusiyada yaşamaq istəyənlərin NƏZƏRİNƏ: Rüsumlar artır

Ərdoğandan Netanyahuya xəbərdarlıq

Azərbaycanlı və erməni iş adamları görüşəcəkmi? – “Zəngəzur dəhlizindən asılıdır”

Turan klinikasında sertifikatsız həkimlər necə fəaliyyət göstərir?

Yeni təmayül tədris modelinin əsas üstünlükləri nələrdir?

"Yaxşı polis, pis polis" - Aİ Rusiya ilə danışıqlar üçün xüsusi komanda yığır

Aygün Məmmədliyə yüksək vəzifə verildi

Azərbaycan iqtisadiyyatı 2031-ə qədər artacaq

Marketlərdə bu məhsullar kəskin bahalaşdı

İnstaqramdan YENİLİK - Bunu da etmək mümkün olacaq

İstanbulda bir evdən 42 ilan çıxdı

Eynulla Fətullayev restoranını da satdı

“Maxi.az” rəhbərinə “stop” qoyuldu – Milyonlarla borca görə..

Müəllimlərin sertifikasiya imtahanı üçün yerlər AÇIQLANDI

İranda 20 min nəfər susuz qalıb

Avtobus gecikirsə, sərnişin təzminat ala bilər?

“Alternativi olmayan Ermənistana sülh daha çox lazımdır”

Ukrayna Rusiyanın neft obyektlərini vurdu

Gürcüstan Türkmənistan-Avropa nəqliyyat əlaqələrində tranzit rolunu vurğulayır

Sabahın havası açıqlandı

Vyetnamın Baş prokurorunun ölkəmizə işgüzar səfəri başa çatdı

Rusiya Zaporojye, Odessa və Xarkovu VURDU

8 mindən çox şəxsə ilk dəfə əlillik təyin edilib

Baş nazirdən MÜHÜM QƏRAR

Qanunsuz saxlanılan silahlar aşkarlandı

Bütün xəbərlər