hadise
16.01.2019, 18:37
Bakıda yaşayış binasında YANĞIN OLDU

Bakıda yaşayış binasında yanğın baş verir.
dogruxeber.tv Report-a istinadən xəbər verir ki, hadisə Heydər Əliyev prospekti 72-i ünvanındakı mənzillərdən birində qeydə alınıb.
Hazırda Nərimanov Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları hadisə yerindədir. Yanğın lokallaşdırılıb.


