"Milli Şuranın növbəti mitinqinin uğursuzluğunun səbəbi..." - Əli Əhmədov














"Azərbaycanın ənənəvi müxalifəti cəmiyyətin siyasi konstruksiyasında özünə yer tapa bilməyib. Müxalifət demək olar ki, unudulub. Səbəbləri barədə dəfələrlə danışmışıq. Ən əsas səbəb müxalifətin sosial dayaqlarını itirməsidir."

Bunu YAP-ın Sədr müavini – icra katibi Əli Əhmədov Trend-ə açıqlamasında deyib.

Milli Şuranın 19 yanvar tarixində keçirilən mitinqinin əvvəllər olduğu kimi, yenə də uğursuz keçdiyini diqqətə çatdıran Əli Əhmədov bildirib: "Mənə belə gəlir ki, bu mitinqin əsas mənası müxalifətin öz varlığını göstərmək cəhdi ilə bağlıdır. Müxalifət öz varlığını göstərmək üçün mitinq keçirirsə, deməli əslində bir siyasi qüvvə kimi mövcud deyil. Digər tərəfdən, Milli Şura insanlardan, xalqın istək və arzularından ayrı düşüb. Onun təşkil etdiyi mitinqin insanları düşündürən məsələlərlə heç bir əlaqəsi yoxdur. Bu gün Azərbaycan cəmiyyəti üçün aktual olan məsələlərdən müxalifət çox uzaqdır. Ona görə də onların mitinqi xalq üçün aktual deyil. İnanın ki, əhalinin heç bir faizi də bu gün müxalifətin mitinqə çıxmasından xəbəri yoxdur. Cəmiyyət müxalifətə və onun kiçik, əhəmiyyətsiz mitinqlərinə çoxdan biganədir."

YAP Sədrinin müavini "İqtidar müxalifətin mitinq fəallığının artmasından ehtiyatlanırmı" sualına cavabında isə qeyd edib ki, iqtidarın xalq tərəfindən dəstəyi kifayət qədər yüksək və qətidir: "Azərbaycanda insanlar üçün yaradılmış təhlükəsizlik və sabitlik, inkişaf, gələcəyə nikbinlik, əmin-amanlıq və s. pozitiv məqamlar xalqın bugünkü iqtidara müsbət münasibətin əsasını təşkil edir. Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan köklü surətdə dəyişib, inkişaf edib. Hazırda müsbət dəyişikliklər prosesi davam edir, daha da intensivləşir. Azərbaycanın gələcəyi ilə çox böyük layihələr həyata keçirilir. İnsanların optimizmi də təbii olaraq artır. Belə olan halda kiçik müxalifətin kiçik mitinqləri iqtidara heç bir təhlükə mənbəyi deyildir."

Ə.Əhmədov qeyd edib: "Sonda onu demək istəyirəm ki, Azərbaycanda son 10-15 il ərzində çox şey müsbətə doğru dəyişib, bir müxalifətdən başqa. Bu günün ənənəvi müxalifəti inert, aktuallığını itirmiş ideyaların daşıyıcısı olan azsaylı marginal qrup olaraq qalmaqdadır. Yeni Azərbaycan Partiyası onu siyasi güc olaraq görmür".Unikal.org

Oxunub: 736

Son xəbərlər

Millimizin baş məşqçisi istefaya göndərildi

Ukraynaya 90 milyard avroluq kredit ayrıldı

Almaniyanın "Fortuna" klubu 28 futbolçusu ilə vidalaşa bilər

Azərbaycanın 5 vətəndaşı repatriasiya olundu

Suriyadan 5 Azərbaycan vətəndaşı ölkəyə gətirildi

Ölkədə yeni dövlət rüsumu müəyyən EDİLİR

Gürcüstan ATƏT sədrliyinə namizədliyini təqdim edib

Edqars Rinkeviçsin şərəfinə rəsmi lanç verildi

Azərbaycanda zəlzələ olub

Gürcüstan və Ermənistanın müdafiə nazirləri regional təhlükəsizliyi müzakirə edib

Bakıda qətl törədən şəxsə ağır cəza istənildi

Prezidedent latviyalı həmkarını sülh prosesi barədə məlumatlandırıb

Bakıda şirkətdən 11 min manatlıq oğurluq edilib

55 mindən çox şagird imtahan verəcək

Azərbaycan-Latviya sənədləri mübadilə edildi

Hesablama Palatası Naxçıvan MSK-da dövlət vəsaitlərinin istifadəsində nöqsanlar aşkarlayıb

Barat Yusubov vəzifəsindən azad edildi

Sabahın havası AÇIQLANDI

FTX Müdafiə Nazirliyinə terror hücumunun qarşısını aldı

Liderlər mətbuata bəyanatlarla çıxış edirlər

Azərbaycan I rübdə Qarabağ və Şərqi Zənzəgura 386 milyon manat vəsait qoyub

“Kitab həmin dövrdə Latviyada geniş ictimai marağa səbəb olub”

Prezident İlham Əliyevin Latviya Prezidenti ilə təkbətək görüşü olub

Azərbaycan neftindən ŞAD XƏBƏR

Birbank Invest 9 ay ərzində 25 milyon dövriyyə edib

Birbank-da müraciətlərin 70%-ni süni intellekt cavablandırır

“Sabah”, yoxsa “Qarabağ”? – Finalçı bəlli olur

45 min iranlı evsiz qalıb

20 min uçuş ləğv edilir - Bu ölkədə

Latviya Prezidenti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Bütün xəbərlər