“Reytinq” qəzeti 3 min manat yardımdan imtina etdi



















Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) qəzetlərin maliyyələşdirilməsi ilə bağlı qaydaları sərtləşdirib.

Bu qərardan sonra həftəlik "Reytinq” qəzeti də fəaliyyətini dayandırıb.

"Reytinq”in KİVDF ilə müqaviləsinə əsasən fevral-mart aylarında çap olunmaq imkanı olsa da, redaksiya iki ayın maliyyəsindən (üç min manat) imtina etmək qərarı verib.

Məsələ ilə bağlı mia.az-a açıqlama verən "Reytinq”in baş redaktoru Afiq Mirzəbəyli bunu tədiqləyib. Bildirib ki, hazırkı şərtlər çərçivəsində qəzetin fəaliyyətini davam etdirmək mənasızdır. O, "Reytinq”in onlayn fəaliyyətini gücləndirəcəklərini bildirib. Baş redaktor deyib ki, bəzi mütəxəssislərlə Reyting.az saytının yenidən qurulması və saytın onlayn medianın daha müasir tələblərinə cavab verməsi üçün danışıqlar aparır.

"Reytinq” qəzeti redaksiyasının məhdud sayda kollektivinə gəlincə, A.Mirzəbəyli bildirib ki, sayt çərçivəsində əvvəlki əməkdaşlarla işə davam edəcəklər. Amma müəyyən müddətdən sonra Reyting.az saytında rus və ingilis dillərində bölmələr yaradılacağı üçün kollektivə yeni şəxslər də cəlb olunacaq.

Baş redaktor sonda "Reytinq” qəzetinin sadiq oxucularından və artıq 20 ildən çoxdur ki, bu redaksiya ilə əməkdaşlığını dayandırmayan şəxslərdən üzrxahlıq edib.

Oxunub: 745

Son xəbərlər

Millimizin baş məşqçisi istefaya göndərildi

Ukraynaya 90 milyard avroluq kredit ayrıldı

Almaniyanın "Fortuna" klubu 28 futbolçusu ilə vidalaşa bilər

Azərbaycanın 5 vətəndaşı repatriasiya olundu

Suriyadan 5 Azərbaycan vətəndaşı ölkəyə gətirildi

Ölkədə yeni dövlət rüsumu müəyyən EDİLİR

Gürcüstan ATƏT sədrliyinə namizədliyini təqdim edib

Edqars Rinkeviçsin şərəfinə rəsmi lanç verildi

Azərbaycanda zəlzələ olub

Gürcüstan və Ermənistanın müdafiə nazirləri regional təhlükəsizliyi müzakirə edib

Bakıda qətl törədən şəxsə ağır cəza istənildi

Prezidedent latviyalı həmkarını sülh prosesi barədə məlumatlandırıb

Bakıda şirkətdən 11 min manatlıq oğurluq edilib

55 mindən çox şagird imtahan verəcək

Azərbaycan-Latviya sənədləri mübadilə edildi

Hesablama Palatası Naxçıvan MSK-da dövlət vəsaitlərinin istifadəsində nöqsanlar aşkarlayıb

Barat Yusubov vəzifəsindən azad edildi

Sabahın havası AÇIQLANDI

FTX Müdafiə Nazirliyinə terror hücumunun qarşısını aldı

Liderlər mətbuata bəyanatlarla çıxış edirlər

Azərbaycan I rübdə Qarabağ və Şərqi Zənzəgura 386 milyon manat vəsait qoyub

“Kitab həmin dövrdə Latviyada geniş ictimai marağa səbəb olub”

Prezident İlham Əliyevin Latviya Prezidenti ilə təkbətək görüşü olub

Azərbaycan neftindən ŞAD XƏBƏR

Birbank Invest 9 ay ərzində 25 milyon dövriyyə edib

Birbank-da müraciətlərin 70%-ni süni intellekt cavablandırır

“Sabah”, yoxsa “Qarabağ”? – Finalçı bəlli olur

45 min iranlı evsiz qalıb

20 min uçuş ləğv edilir - Bu ölkədə

Latviya Prezidenti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Bütün xəbərlər