"İnternet mediasına pul ayrılacaq" - Vüqar Səfərli


















Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Tədbirdə Fondun Müşahidə Şurasının üzvləri, yazıların qiymətləndirilməsində iştirak edən ekspertlər, ölkənin aparıcı mətbuat orqanlarının baş redaktorları və qalib jurnalistlər iştirak edib. Müsabiqə barədə məlumat verən KİVDF-nin icraçı direktoru Vüqar Səfərli bildirib ki, bu ilin noyabr ayının 8-dən dekabr ayının 14-dək davam edən müsabiqəyə 64 KİV-dən 160 yazı daxil olub:

"Yazılar 12 ekspert tərəfindən qiymətləndirilib. Müsabiqənin şərtlərinə görə 1 yerin qalibi üçün bir nəfər 500, 2 yerlər üçün iki nəfər 400, 3 yerlər üçün 300 manat məbləğində üç nəfər mükafatlandırılacaq".

V. Səfərli bildirib ki, növbəti ildən müsabiqədə iştirak edəcək jurnalistlərə yazının çap mediada çap edilməsi ilə bağlı qoyulacaq tələbin aradan qaldırılması nəzərdə tutulur:

"Bu məsələ ilə bağlı bizə müraciətlər vardı ki, onlayn mediada çalışan jurnalistlər müsabiqə üçün hazırladıqları yazıları çap etməyə çətinlik çəkirlər. Ona görə də çox güman ki, biz jurnalistlərə imkan verəcəyik ki, həmin məqalələri öz çalışdıqları onlayn mediada yerləşdirməklə müsabiqədə iştirak etsinlər. Təbii ki, digər şərtlərə əməl etməklə. Bəzən belə hallar olur ki, jurnalistlər faktiki media orqanında çalışmadığı halda, əmək kitabçası təqdim edirlər. Hansısa media orqanı da buna şərait yaradır".

V. Səfərli qəzetlərin maliyyələşməsi prosesində dəyişikliklər olacağının gözlənildiyini də bildirib. O, qeyd edib ki, gələn ilin ikinci rübündən bu prosesin həyata keçirilməsi istisna deyil:" Bəzi qəzetlər ancaq agentlik materialları əsasında hazırlanır. Yetəri qədər işçisi yoxdur. Belə məqamlar da nəzərə alınacaq. Bu nəşrlərin cəmiyyətdə tələb və ehtiyac yoxdur".

V. Səfərli bildirib ki, onlayn medianın maliyyələşməsi diqqət mərkəzindədir:" Bu xüsusda müzakirələr aparılır. Bu məsələdə də işçi sayı və digər məsələlər nəzərdə tutulur. Kimsə üç-dörd sayt açıb evdən idarə edirsə, bu saytlara təbii ki, maliyyə ayrılması gözlənilmir. Saytın ofisi, işçisi olmalı, həmin onlayn medianın müxbirləri tərəfindən eksklüziv xəbərlər, yazılar hazırlanmalıdır. Bu məsələlər mütləq onlayn medianın maliyyələşməsində nəzərə alınacaq".

İcracı direktor gələcəkdə internet resurslarına dövlətin maliyyə dəstəyi göstərməsinin medianın inkişafında mühüm rol oynayacağını qeyd edib.

Son xəbərlər

İrəvandan Azərbaycanla bağlı ŞOK etiraf

Ərdoğanın oğlu: İsrailə olar, Rusiyaya yox?

Bu xəstəxanaların qarşısında parklanma ləğv edildi - SİYAHI

Bu şəxslərin vərəsələrinə ödəniş veriləcək - Yeni QƏRAR

Azərbaycanın 92 yaşlı alimi 50 İLDƏN SONRA VƏZİFƏDƏN GETDİ

Şənbə günü Bakıda 30 dərəcə isti olacaq -PROQNOZ

“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi

49 nəfər səhrada susuzluqdan öldü

Bu türk ölkəsi Dubaya uçuşları bərpa etdi

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Qızıl almaq istəyənlər üçün ŞAD XƏBƏR - 1 qramı...

Kompüterlər üçün ilk ultra-sürətli yaddaş yaradıldı

BMT: Dünyada ərzaq ucuzlaşıb

Dövlət Xidməti Ağsuda vətəndaş qəbulu keçirdi

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Yay üçün arıqlamaq istəyənlər bu səhvə yol verməsinlər

Hicran Hüseynova dünyasını dəyişdi

“Liverpul” yeni baş məşqçisini açıqladı

İtaliyada dörd miqrant diri-diri yandırıldı

Məhv olmuş planetin ilk qəti sübutu tapıldı

Oğluna dördüncü dəfə Laçında toy etdi

ABŞ Haitidən gələn və 240 miqrantı daşıyan qayığı saxlayıb

Türkiyə terrorla mübarizədə Nigerə yardım edəcək

Putin İlham Əliyevə buna görə təşəkkür etdi

Yeni Delhidə oteldə yanğın olub – 21 nəfər ölüb, 17-si əcnəbidir

Tovuzun Cəlilli kəndi içməli su ilə təmin olunub

Əraqçi Xameneinin öldürüldüyü vaxt onun ofisində imiş - detalları açıqladı

Livanda ölənlərin sayı 3 526 nəfərə çatdı

Zelenski Putinə görüş və atəşkəs təklif edib

Bütün xəbərlər