15 gün komada qalmış qazinin 20 il əvvəlki FOTOSU

İkiqat paralimpiya, 2 qat dünya və 6 dəfə Avropa çempionu, qazi İlham Zəkiyev nəzarətində olan facebook səhifəsində hərkəsi kövrəldən foto paylaşılıb.
Qarabağ qazisinin yaralandığı gün xəstəxanadan çəkilmiş fotosu paylaşılıb. Əfsavəvi cüdoçunun dilindən fotoya belə açıqlama verilib:
“04.02.1999. Yaralandığım gün. Lakin Allaha şükürlər olsun, mən sağ qaldım, və biz qayıdacağıq!”
Qeyd edək ki, Qeyd edək ki, 100 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən İlham Zəkiyev həm də 2 qat dünya, 7 qat Avropa çempionu və "Bakı 2015" I Avropa Oyunlarının qalibidir.
Xatırladaq ki, 1999-cu ildə Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirən zaman Ermənistan tərəfdən atılan snayper gülləsinə tuş gəlib. 15 gün komada qalan idmançı ayılandan sonra görmə qabiliyyətini tamamilə itirib. 



