“Bu əxlaqsızlığa son qoyulmalıdır" - Ziyafət Əsgərov


















“Bir qrup şəxs sosial şəbəkələrdə Azərbaycan Prezidentinə qarşı əxlaqsızlıq nümayiş etdirir. Azərbaycan gücləndikcə, Prezident İlham Əliyevin müstəqil siyasəti dəstək qazandıqca bu hücumlar artır. Onlar bu işdə bizim marginallardan istifadə edirlər”.

Bunu Azərbaycan Milli Məclisinin sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.

“Bu əxlaqsızlığa son qoyulmalıdır. Azərbaycana qarşı istənilən çirkin kampaniya iflasa məhkumdur. Çünki ulu öndər Heydər Əliyev bu dövləti yaradanda onun fundamentini çox möhkəm qoyub. Ona görə də həmin çirkin qüvvələr bilsinlər ki, bu dövləti sarsıda bilməzlər, Azərbaycan öz inkişaf yolu ilə daim irəli gedəcək”, - birinci vitse-spiker qeyd edib.

Z.Əsgərov vurğulayıb ki, təhqir və böhtan cəzasız qalmamalıdır: “Prezident İlham Əliyev Azərbaycanın sürətli inkişafının, təhlükəsizliyinin qarantıdır. Ona görə də Prezidentin müdafiəsi hər bir azərbaycanlının vətəndaşlıq borcudur. Dövlət başçısının ailəsinə ünvanlanan təhqir hər bir Azərbaycan vətəndaşının ailəsinə edilən təhqirdir. Ona görə də biz bir yumruq kimi birləşməli, bu insanlara, çirkin kampaniyalara layiqli cavab verməliyik. Sosial şəbəkə vasitəsilə ölkəmizə qarşı aparılan təhqir, böhtan kampaniyasına son qoyulması üçün hüquqi baza təkmilləşdirilməlidir”.

Deputat Aydın Mirzəzadə bildirib ki, bəzi dairələr təxribatlar törədərək Azərbaycanı yaxın Şərq ölkələrinin durumuna salmaq istəyirlər.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin müstəqil siyasətini, xalqına qayğısını həzm edə bilməyən qüvvələr bundan ötrü daxildəki aqressiv müxalifətdən istifadə edirlər: “Azərbaycan Prezidentinin xalqa xidməti göz önündədir. Dövlət başçısının aztəminatlı ailələr, məcburi köçkünlər, şəhid ailələri, gənclərə göstərdiyi diqqəti hər kəs görür. Bu, cənab İlham Əliyevin yüksək mənəvi dəyərlərə sahib olmasından xəbər verir. Bütün bunları görə-görə dövlət başçısını necə təhqir edə bilərlər. Deməli, bu, məkrli planların tərkib hissələridir”.

Milli Məclisin üzvü Aqil Abbas deyib ki, Azərbaycanın xarici ölkələrdəki səfirlikləri bu işlərlə ciddi məşğul olmalıdırlar: “Səfirliklər fəaliyyət göstərdikləri ölkələrdə Azərbaycan dövlətinin, Prezidentinin əleyhinə təhqirlər yazan şəxslərlə bağlı məlumat hazırlayıb, həmin dövlətlərin hüquq-mühafizə orqanlarına təqdim etməlidirlər”.

Deputat Bəxtiyar Sadıqov bildirib ki, Azərbaycan Prezidentini təhqir etmək əslində xalqı, dövləti təhqir etməkdir: “Ona görə də hər kəsin vətəndaşlıq borcudur ki, dövlətin, onun başçısının şərəfini qorusun. Bu oyunbazlar yaxşı bilirlər ki, bu yolla nəyəsə nail ola bilməyəcəklər. Ona görə də təhqirə, böhtana keçiblər. O insan ki, başqasının ailə üzvünü təhqir edir, deməli, heç özününkünün də qədrini bilmir. Ona görə də biz dövlət başçısına qarşı aparılan çirkin kampaniyaya qarşı ciddi mübarizə aparmalıyıq”.

Deputat Adil Əliyev, Zahid Oruc da dövlət başçısına qarşı təhqirlər, böhtanlar səsləndirən şəxslərə qarşı sərt cəza tətbiq edilməsini təklif ediblər.

Son xəbərlər

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Sumqayıtda Milli Qurtuluş Günü qeyd olundu – FOTOLAR

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bütün xəbərlər