idman
5.02.2019
Ərəbistandan göndərildi – Azərbaycana gəlir?

Səudiyyə Ərəbistanının“Əl-Feyha” klubu baş məşqçisi Slavolyub Muslinlə yollarını ayırıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Muslinin göndərilməsinə səbəb, komandanın son oyunlardakı uğrusuz çıxışı olub. 65 yaxşlı mütəxəssis 2018-ci ilin oktyabrından “Əl-Feyha”nı çalışdırırdı.
Karyerası ərzində “Bordo”, “Lokomotiv” (Moskva), “Standard” (Lyej, Belçika), “Krasnodar” kimi klublarda çalışan Muslin, 2016-cı ilin mayından 2017-ci ilin oktyabrına qədər Serbiya millisinə başçılıq edib. O, Serbiya millisiylə DÇ-2018-in final mərhələsinə vəsiqə qazanmasına baxmayaraq, baş məşqçi postundan göndərilmişdi.
Muslinin adı hazırda baş məşqçi postu boş olan Azərbaycan millisiylə də hallanır.


