Ölkə Prezidentinin etimadına hörmətsiz yanaşan icra başçısı  əlil ailəsinə nə dedi?














Samux Rayon İcra Hakimi Alı Qocayev haqqında həmin rayonun vətəndaşlarından dogruxeber.tv-ın redaksiyasına onlarla şikayət daxil olmuşdur. Nəzərə alsaq ki, icra başçısı rəhbəri olduğu rayonun sakinlərinin problemləriylə yaxından maraqlanmalıdır, Samux rayonunda isə şikayətlərə əsasən deyə bilərik ki, bunun tam əksi baş verir. Müxtəlif ailələrdən həmin icra başçısı haqqında şikayətləri MUM.TV kanalımızda da dəfələrlə video şəklində işıqlandırmışıq. Növbəti videokadrlarda da göründüyü kimi vətəndaşlar durmadan şikayətlərini edib ölkə başçısı və vitse-prezidentdən kömək istəyirlər. Şikayətçilərdən biri Cavanşir Məmmədov müxtəlif problemlərlə bizə şikayətlər etmişdir.

Samux rayon DSMF-dan əlil qardaşlarına baxan yoldaşı üçün müavinət ala bilməməyiylə bağlı, həmçinin Azərenerjidən 10 yaşlı oğlunun elektrik çarpması nəticəsində ölməsi səbəbindən şikayətlər edən Cavanşir bəy Alı Qocayevin bu məsələlərə biganə yanaşmasından ağızdolusu şikayətlənir. Alı Qocayevin həmin Cavanşir bəyə də münasibəti tamam başqadır. Cavanşir bəyin digər problemli vətəndaşların da şikayətlərini mətbuata göndərdiyi üçün Alı Qocayevin ondan demək olar ki, xoşu gəlmir.

Xanım şikayətçi əlil oğluna baxa bilmədiyi üçün icra başçısının yanına getdikdə “Apar uşağını uşaqlar evinə qoy!” deyən də məhz Alı Qocayev olmuşdur. Hətta xanımın yoldaşı üçün işçilərinə “tutun qulağından atın kamxoza” da deyən Alı Qocayev haqqında əvvəllər yazı da dərc etmişdik. Bir icra başçısının yerli sakinlərə bu cür davranışı ölkə başçısı İlham Əliyevin tapşırıqlarına birbaşa ziddir. Ölkə başçısı dəfələrlə konfranslarda, televiziya vasitəsilə məmurlara ciddi tapşırıqlar verərək onlara vətəndaşlarla mülayim davranmalarını, onların problemləriylə məşğul olmalarını tapşırmışdır.

Belə görünür bu tapşırıqlar Samux Rayon İcra Başçısı Alı Qocayevə aid deyil, daha doğrusu Alı müəllim göstərişləri bir heç sayır. Öz liderinə qarşı inamsızlıq göstərmək və onun əmrinə əməl etməmək birbaşa xəyanət sayılır. Xəyanətin təhlükəli tərəfləri ölkə siyasətinə xələl gətirməklə yanaşı, xalqı hakimiyyətə qarşı qoyur. Bu isə ölkədə xaosun yaranmasının ilkin təməlləri deməkdir.

Xanım şikayətçi qeyd edir ki, ona kömək edə biləcək yaxınları dünyadan köçdükləri üçün indi heç kəsi yoxdur. Bu üzdən yeganə ümid yeri olan Alı Qocayevə müraciət etsə də cavabında hədə-qorxu almışdır. Hətta icra başçısı ona Cavanşir Məmmədovdan uzaq durmağı belə əmr edib. Xanım videokadrlarda da göründüyü kimi deyir ki, heç kəsi yoxdur, yetimdir deyə əlbəttə ona kim nə istəsə edə bilər. Bu cür əlacsız qalmış insanlara sərt münasibət göstərmək dövlət məmuruna yaraşan bir şey deyil. Üstəlik insanlar qarşısında şikayətçinin şəxsiyyətinin alçaldılması qanunvericiliklə yolverilməzdir. əlil arabasındakı uşaqla qəbuluna gələn xanıma “niyə işləmirsən?” deməsi hansı məntiqə əsaslanır? Görəsən, Alı Qocayev həmin xanımın işləyəcəyi təqdirdə uşağına heç kəsin baxmayacağını bilmirmi?

Son xəbərlər

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Sumqayıtda Milli Qurtuluş Günü qeyd olundu – FOTOLAR

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bütün xəbərlər