İlham Əliyev Altay Hacıyevın vəfatı ilə bağlı nekroloq imzaladı




















Prezident İlham Əliyev xalq rəssamı Altay Hacıyevın vəfatı ilə bağlı nekroloq imzalayıb.

Nekroloqda deyilir:

"Azərbaycan incəsənətinə ağır itki üz vermişdir. Müasir Azərbaycan təsviri sənətinin tanınmış nümayəndəsi, Xalq rəssamı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Altay Hacıyev 2019-cu il fevral ayının 12-də ömrünün 88-ci ilində vəfat etmişdir.

Altay Əmir oğlu Hacıyev 1931-ci il aprelin 2-də Bakı şəhərində anadan olmuşdur. O, 1951-ci ildə Əzim Əzimzadə adına Azərbaycan dövlət rəssamlıq məktəbini bitirdikdən sonra bir müddət respublika nəşriyyatlarında kitabların bədii tərtibatı üzrə rəssam işləmiş, 1954–1959-cu illərdə isə Kiyev Dövlət Rəssamlıq İnstitutunun qrafika fakültəsində təhsil almışdır.

1959-cu ildən etibarən beynəlxalq və respublika əhəmiyyətli sərgilərin iştirakçısı olan Altay Hacıyev 1960-cı ildə SSRİ Rəssamlar İttifaqının üzvlüyünə qəbul edilmişdir. O, 1962–1967-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Mətbuat Komitəsinin baş rəssamı vəzifəsində çalışmışdır.

Altay Hacıyev dəzgah və kitab qrafikası rəssamı kimi Azərbaycan rəngkarlığının inkişafında səmərəli xidmətlər göstərmiş və milli təsviri sənətin inkişafına töhfələr vermiş sənətkarlardandır. Müxtəlif janr və mövzularda çoxsaylı əsərləri ilə geniş şöhrət qazanmış rəssamın fırçasının məhsulu olan tablolar həmişə özünün yaddaqalan kompozisiya həlli, işlənmə üslubu və rəng zənginliyi ilə səciyyələnmişdir. Tarixi-mədəni irsə və milli dəyərlərə ehtiram sənətkarın yaradıcılığının leytmotivini təşkil etmişdir.

Dünya rəssamlıq ənənələrini lazımınca mənimsəmiş Altay Hacıyev uzun illər kitab qrafikası, tərtibatı və illüstrasiyası sahəsində uğurla fəaliyyət göstərmişdir. Kitablara çəkdiyi rəngli illüstrasiyalar sənət nümunələri olaraq rəssamın Azərbaycanın zəngin xalq yaradıcılığı xəzinəsinə dərin bələdliyini özündə təcəssüm etdirir. Onun yaratdığı silsilə lövhələrdə insan əməyinin əzəməti, zəhmətə inamın təntənəsi və gələcəyə ümid rənglərin ən incə çalarlarında ifadəsini tapmışdır.

Altay Hacıyev Azərbaycan xalqının yetirdiyi görkəmli şəxsiyyətlərin unudulmaz obrazlarını məhz qədim miniatür sənətimizə, ədəbi-mədəni fikir tariximizə və çoxəsrlik ənənələrimizə bağlılığı sayəsində tam dolğunluğu ilə canlandırmağa müvəffəq olmuşdur. Bu əsərlər böyük bədii-estetik təsir qüvvəsinə malik olub, vətənə məhəbbət duyğusu təlqin edir və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində əhəmiyyətli rol oynayır.

Altay Hacıyevin ölkəmizin hüdudlarından uzaqlarda da sənətsevərlər tərəfindən rəğbətlə qarşılanmış qrafika əsərlərinin mühüm bir qismi xarici ölkələrdəki mötəbər muzey və qalereyalarda nümayiş etdirilir, nüfuzlu şəxsi kolleksiyalarda saxlanılır.

Altay Hacıyevin yaradıcılığı yüksək qiymətləndirilmişdir. O, 1982-ci ildə Əməkdar rəssam, 2002-ci ildə Xalq rəssamı fəxri adlarına layiq görülmüşdür. Altay Hacıyev 2004-cü ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi.

Tanınmış rəssam, səmimi insan Altay Əmir oğlu Hacıyevin işıqlı xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!"

Nekroloqu imzalayıblar:

İlham Əliyev

Mehriban Əliyeva

Novruz Məmmədov

Oqtay Əsədov

Ramiz Mehdiyev

Əli Əhmədov

Eldar Əzizov

Fərəh Əliyeva

Əbülfəs Qarayev

Tahir Salahov

Fərhad Xəlilov

Ömər Eldarov

Cəmil Müfidzadə

Arif Hüseynov.

Son xəbərlər

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Sumqayıtda Milli Qurtuluş Günü qeyd olundu – FOTOLAR

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bütün xəbərlər