hadise
19.02.2019, 14:25
63 yaşında idi, evində meyti tapıldı

Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri əməliyyat keçiriblər.
FHN-dən verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunmuş Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açmış və orada aşkarlanan 1956-cı il təvəllüdlü Atakişiyeva Raifət Şahbuz qızının meyitini aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.


