hadise
20.02.2019, 19:04
Metroda soyğunçuluq edən şəxs tutuldu

Fevralın 19-da metronun “28 May” stansiyasının platformasında bir nəfər Abşeron rayon sakini S.Babayevaya zor tətbiq edib mobil telefonunu ondan alıb.
DİN mətbuat xidmətindən verilən məlumata görə, metropolitendə PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini H.Əbilzadə saxlanılıb.


