Bakıya saxta sənədlə gəldi - FOTO









Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti əməkdaşları 14 əcnəbi vətəndaşın saxta sənədlərlə Azərbaycan Respublika­sının dövlət sərhədindən keçmək cəhdinin qarşısı alıb.

DSX-da Unikal.org-a verilən məlumata görə, 31 yanvar tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda Daşkənd-Bakı reysi ilə uçub gələn Özbəkistan vətəndaşları 1989-cu il təvəllüdlü Radjabov Muzaffarın və 1993-cü il təvəllüdlü Abdurasulova Mukhiranın sərhəd naryadına təqdim etdikləri sənədlərdə saxtalaşdır­ma əlamətləri aşkar olunmuş, dərinləşdirilmiş yoxlama zamanı şübhə­lər təsdiqini tapmışdır.

02 fevral tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda Bağ­dad-Bakı-Frankfurt reysi ilə tranzit gedən 1963-cü il təvəllüdlü Kassar Ahwood Attianın təqdim etdiyi İsveçə məxsus pasportun saxta olması aşkarlanmışdır. Şəxsin üzərinə baxış zamanı İraq vətəndaşı 1951-ci il təvəllüdlü Huda Esttaifan İssaya məxsus pasport aşkar olunmuşdur.

02 fevral tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda Do­ha-Bakı reysi ilə uçub gələn Pakistan vətəndaşı 1975-ci il təvəllüdlü Laiq Khanın təqdim etdiyi pasportun 1988-ci il tə­vəllüdlü Gopang Din Muhammada məxsus olması müəyyən edilmişdir Şəxsin üzərinə baxış zamanı ona məxsus Pakistan sürücülük vəsiqə­si aşkar olunmuşdur.

04 fevral tarixində “Xanoba” dövlət sərhədindən buraxılış məntə­qəsində Rusiya Federasiyasından Azərbaycan Respublikasına gələn Ukrayna vətəndaşı 1974-cü il təvəllüdlü Bədəlova Diləfruzun sərhəd nəzarətinə təqdim etdiyi pasportunun saxtalaşdırılması müəyyən olunmuşdur.

06 fevral tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda Mos­kva-Bakı reysi ilə uçub gələn Özbəkistan vətəndaşı 1979-cu il təvəl­lüdlü Shoeva Bibigulün pasportunda saxtalaşdırma əlamətləri aşkar olunmuşdur.

08 fevral tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-Kiyev-Helsinki reysi ilə tranzit gedən Pakistan vətəndaşı 1996-cı il tə­vəllüdlü Abideen Zain Ulun sərhəd nəzarətinə təqdim etdiyi Portuqa­liyaya məxsus daimi yaşayış kartının saxta olduğu müəyyən edilmiş­dir.

08 fevral tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-Kiyev-Helsinki reysi ilə tranzit gedən Pakistan vətəndaşı 1988-ci il tə­vəllüdlü Sheikh Muhammad Avvaisin təqdim etdiyi İtaliyaya məxsus daimi yaşayış kartının saxta olduğu aşkarlanmışdır.

10 fevral tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda Mos­kva-Bakı reysi ilə gələn Özbəkistan vətəndaşı 1978-ci il təvəllüdlü Mu­rodova Dilovar sərhəd nəzarətinə təqdim etdiyi pasportunun saxta­laşdırması müəyyən edilmişdir.

13 fevral tarixində “Samur” dövlət sərhədindən buraxılış məntə­qəsində Rusiya Federasiyasından Azərbaycan Respublikasına gələn Özbəkistan vətəndaşı 1987-ci il təvəllüdlü Boynazarov Ozodun pas­portunun saxtalaşdırlması aşkarlanmışdır.

14 fevral tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-İstanbul reysi ilə uçub gedən Pakistan vətəndaşları 1985-ci il təvəl­lüdlü Salem Waqas və 1997-ci il təvəllüdlü Khadim Saadın sərhəd nə­zarətinə təqdim etdikləri pasportlara vurulmuş Danimarkaya məxsus Şengen vizasının tam saxta olması müəyyən edilmişdir.

14 fevral tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-İstanbul-Vankuver reysi ilə uçub gedən Hindistan vətəndaşı 1998-ci il təvəllüdlü Akashdeep Singhin pasportuna vurulmuş Kanadaya məx­sus vizanın tam saxta olduğu aşkarlanmışdır.

15 fevral tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-Frankfurt reysi ilə uçub gedən Türkiyə vətəndaşı 1990-cı il təvəllüdlü Durmaz Remzinin sərhəd nəzarətinə təqdim etdiyi Bolqarıstana məx­sus pasportun saxta olmasına şübhə yaranmış və laboratoriya şə­raitində yoxlanılan zaman təsdiqini tapmışdır.

Saxlanılmış şəxslər barəsində müvafiq tədbirlər görülmüşdür.


Bakıya saxta sənədlə gəldi - FOTO
Bakıya saxta sənədlə gəldi - FOTO

Oxunub: 767

Son xəbərlər

Millimizin baş məşqçisi istefaya göndərildi

Ukraynaya 90 milyard avroluq kredit ayrıldı

Almaniyanın "Fortuna" klubu 28 futbolçusu ilə vidalaşa bilər

Azərbaycanın 5 vətəndaşı repatriasiya olundu

Suriyadan 5 Azərbaycan vətəndaşı ölkəyə gətirildi

Ölkədə yeni dövlət rüsumu müəyyən EDİLİR

Gürcüstan ATƏT sədrliyinə namizədliyini təqdim edib

Edqars Rinkeviçsin şərəfinə rəsmi lanç verildi

Azərbaycanda zəlzələ olub

Gürcüstan və Ermənistanın müdafiə nazirləri regional təhlükəsizliyi müzakirə edib

Bakıda qətl törədən şəxsə ağır cəza istənildi

Prezidedent latviyalı həmkarını sülh prosesi barədə məlumatlandırıb

Bakıda şirkətdən 11 min manatlıq oğurluq edilib

55 mindən çox şagird imtahan verəcək

Azərbaycan-Latviya sənədləri mübadilə edildi

Hesablama Palatası Naxçıvan MSK-da dövlət vəsaitlərinin istifadəsində nöqsanlar aşkarlayıb

Barat Yusubov vəzifəsindən azad edildi

Sabahın havası AÇIQLANDI

FTX Müdafiə Nazirliyinə terror hücumunun qarşısını aldı

Liderlər mətbuata bəyanatlarla çıxış edirlər

Azərbaycan I rübdə Qarabağ və Şərqi Zənzəgura 386 milyon manat vəsait qoyub

“Kitab həmin dövrdə Latviyada geniş ictimai marağa səbəb olub”

Prezident İlham Əliyevin Latviya Prezidenti ilə təkbətək görüşü olub

Azərbaycan neftindən ŞAD XƏBƏR

Birbank Invest 9 ay ərzində 25 milyon dövriyyə edib

Birbank-da müraciətlərin 70%-ni süni intellekt cavablandırır

“Sabah”, yoxsa “Qarabağ”? – Finalçı bəlli olur

45 min iranlı evsiz qalıb

20 min uçuş ləğv edilir - Bu ölkədə

Latviya Prezidenti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Bütün xəbərlər