Bakıdan Daşkəndə gizlicə qızıl aparanlar saxlanılıb - FOTO








Heydər Əliyev Beynəlxalq Aeroportunda “Bakı-Daşkənd” aviareysinin rəsmiləşdirilməsi zamanı Dövlət Sərhəd Xid­mətinin (DSX) Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə birgə həyata keçir­diyi əməliyyat-axtarış tədbiri nəticəsində gömrük və sərhəd nəzarətindən gizlin şəkildə, mütəşəkkil dəstə tərəfindən külli miq­­darda qiymətli daş-qaş və qızıl-zinət əşyalarının dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb.

DSX-nin Mətbuat mərkəzindən verilən məlumata görə, dəstə üzvləri 240 qram çəkisi olan 14 ədəd brilyant dəstini və 4 ədəd mirvari boyunbağını “Bakı-Daşkənd” aviareysinin sərnişinləri ara­sında paylayaraq gömrük və sərhəd nəzarətindən gizlin şəkildə ölkə əra­zisindən çıxarmağa cəhd göstəriblər. Nəticədə bu zinət əşyalarını dövlət sərhəddən keçirməyə cəhd göstərən 11 nəfər əcnəbi vətəndaşı saxla­nılıb.

Araşdırmaların davamı olaraq keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətkar dəstənin üzvləri - Azərbaycan Respublikasının vətən­daşları - Bağırov Mahir Malik oğlu, Məmmədov Elçin Deklad oğlu, Abdurəh­manov Səfa Balaqardaş oğlu və Özbəkistan vətəndaşı Orucova Yeganə Müzəffər qızı müəyyənləşdirilərək Heydər Əliyev Beynəlxalq Aeroportunda saxlanılıblar. Onların üzərinə keçirilmiş baxış zamanı üstlərindən əlavə olaraq 493 qram daş-qaşlı qızıl zinət əşyaları, 4735 ABŞ dolları, 700.000 Özbək somu aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir. FaktXəbər

Son xəbərlər

Keçmiş vəkil hakim qarşısında

Türkiyəli aktyor saxlanıldı

Goranboyda ata qızını öldürən kürəkəni bağışladı

Avtobuslarda kondisioner problemi - "Sərnişin az olanda söndürün" qərarını kim verib?

"Səbail” baş məşqçisi ilə yollarını ayırdı

Hava limanında PARTLAYIŞ - Silah səsləri eşidildi

Paşinyan Aİİ-yə gedir – İrəvandan QƏRAR

Ermənistandan Türkiyə ilə sərhədlərin açılması barədə açıqlama

Abşeron rayonunda “17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günü” qeyd edilib

Pendirin bu xeyrini bilirdiniz?

Sabahdan daha bir marşrut üzrə bütün avtobuslar yenilənir

Sabah bütün pensiyalar ödəniləcək

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

Qaraciyər piylənməsinin qarşısını alan bitki - yemişan

ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib

Azərbaycanda doğulanlar azalıb

Neftin bu günə olan qiyməti

Azərbaycanda qocalar evində yaşayanların sayı açıqlandı – Kimlər qəbul olunur?

Azərbaycanın 33 il əvvəl axtarışa verdiyi şəxs Almaniyada tutuldu

Prezident İlham Əliyev: Azərbaycan qlobal enerji səhnəsində mühüm iştirakçıya çevrilib

Rusiya od içində: Ukrayna PUA-ları Moskva Neft Emalı Zavoduna çatdı

Xətai rayon İcra Hakimiyyəti dəyirmi masa keçirib

Moskva əlindən gələni etdi, Qərb imkan vermədi - Şoyqu

1 vəkil xaric olundu, 1-nə xəbərdarlıq edildi, 5-i isə cərimələndi

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi

Ən zəif internet provayderləri açıqlandı

Lukaşenko Zelenskidən üzr istədi – Belarus başçısından sensasiyalı etiraflar

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Bütün xəbərlər