hadise
6.04.2018
İrandan Azərbaycana narkotik vasitənin keçirilməsinin qarşısı alınıb

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb
DGK-dan verilən məlumata görə, yoxlama zamanı vətəndaşın alt geyimində 4 bükümdə xalis çəkisi 0,682 qram olan narkotik vasitə - heroin, 5 bükümdə və 17 ədəd kiçik ölçülü plastik çubuqlarda isə ümumi xalis çəkisi 3,204 qram olan psixotrop maddə - metamfetamin aşkar edilib.
Bundan başqa, vətəndaşın üzərində 5 ədəd klonazepam adlı həblər, 96 ədəd həb və 29 ədəd


