Postundan ikiəlli yapışıb... - İDDİA

















2019-cu ilin ilk günlərindən start verilən islahatlar paketi davam etdirilir. Sosial sahədə görülən tədbirlər ölkə ictimaiyyəti tərəfindən böyük razılıqla qarşılanıb. Həmçinin aparılan struktur islahatları bir çox sahələrdə korrupsiya və rüşvətxorluğa əsaslı zərbə vurub. Artıq hamıda əminlik yaranıb ki, dövlət strukturlarında özünə yuva qurmuş, korrupsioner məmurlar tezliklə öz layiqli cəzalarını alacaqlar.

Sirr deyil ki, hamının köklü dəyişikliklər gözlədiyi, əsaslı islahatların aparılmasının vacib olduğu sahələrdən biri-bəlkə də birincisi Səhiyyə sistemidir. İllərdir ki, böyük məbləğdə vəsaitlərin ayrıldığı, inkişaf proqramlıarının qəbul olunduğu səhiyyə sistemində acınacaqlı durum hökm sürür. Rüşvətin və korrupsiyanın at oynatdığı səhiyyəmiz böyük hesabla qonşu dövlətlərə uduzur. Bunu görmək üçün sadəcə qonşu ölkələrə müalicə üçün axışan həmvətənlərimizə baxmaq kifayətdir. Məhz bu səbəbdən ictimai rəydə ən çox məhz bu sahədə kəsərli islahatların aparılması zərurəti hakim mövqe tutur.

Rubrika.az saytı xəbər verir ki, 22.02.2019-cu il tarixində saytımızda “Oqtay Şirəliyev yol üstündə: Səhiyyə naziri postuna peşəkar gətirilir” başlıqlı məqalə dərc olunub. Yazıda bildirilir ki, uzun illər nazir postunda əyləşməsinə baxmayaraq səhiyyə sistemində əsaslı dəyişikliklər edə bilməyən, ona göstərilən yüksək etimadı doğrultmayan O. Şirəliyevin vəzifədən alınması gündəmdədir. Bunun üçün tutarlı arqumentlər kifayət qədərdir.

Təbii ki, səhiyyə sistemində hökm sürən acınacaqlı durumu aradan qaldırmaq, yeni islahatlara başlamaq üçün daha peşəkar bir kadra ehtiyac duyulur.

Rubrika.az saytında dərc edilən yazıda bildirilir ki, yeni səhiyyə nazirinin kimliyi ilə bağlı üst səviyyələrdə də müzakirələr açılıb. Bu müzakirələrdə adı daha çox halllanan isə millət vəkili, ürək-damar cərrahı, Tibb üzrə elmlər doktoru, Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası İdarə heyətinin sədri Rəşad Mahmudovdur.

Rubrika.az saytına daxil olan məlumata görə yazının çapından sonra Rəşad Mahmudova səhiyyə naziri və yaxım ətrafı tərəfindən təzyiqlər başlanılıb. Ən müxtəlif səviyyələrdə edilən təzyiqlər R. Mahmudovun “yoldan çəkilməsi”nə xidmət edir. Verilən məlumatlarda R. Mahmudova qarşı “qara piar” kompaniyasının hazırlandığı, onun barəsində kompromatların toplandığını, yaxın günlərdə “zəhmətkeş məktubları”na start veriləcəyi bildirilir. O. Şirəliyevin “əvəzedilməz nazir” mifinin formalaşmasına hesablanan bu kompaniya eyni zamanda R. Mahmudovun reputasiyasına ciddi zərbə vurmalıdır. Artıq ilkin təzyiqlərin edildiyi də vurğulanır.
Xatırladaq ki, vəziyyəti dəqiqləşdirmək üçün R. Mahmudovla əlaqə saxlamağa cəhd etsək də millət vəkili ilə əlaqə saxlamaq mümkün olmadı. Rəşad Mahmudovun köməkçisi Könül xanımla əlaqə saxladıq, bu məsələ ilə bağlı məlumat vermək səlahiyyətlərinin olmadığını bildirdi.

Bir daha bildiririk ki, son qərarı cənab Prezident verəcək. Bu isə həmişə olduğu kimi ən doğru qərar olacaq!

Son xəbərlər

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Sumqayıtda Milli Qurtuluş Günü qeyd olundu – FOTOLAR

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bütün xəbərlər