Elman Rüstəmov biznesini genişləndirir – “Toyota” da onun “imperiyasına” daxil edildi

















Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovun böyük biznes imperiyasına malik olduğuna dair məlumatlar mütəmadi olaraq, mətbuatda yer almaqdadır. Baş bankirin biznes şəbəkəsinin tərkibində “Bank Respublika” ilə yanaşı “Subaru”, “Honda”, “Mitsubishi” kimi nəhənglərin Azərbaycanda təmsilçiliyi, eləcə də “Səba” ASC, “Bakı İnvest Holdinq” və digər sahibkarlıq subyektlərinin adları çəkilir. Bu siyahıya həmçinin “Bakı Sığorta” şirkəti də aiddir və siyahıdan göründüyü kimi, sözügedən biznes şəbəkəsi kifayət qədər şaxələnmiş vəziyyətdədir.

“Azpolitika.info” saytının əldə etdiyi məlumata görə, bir müddət bundan öncə daha bir avtomobil nəhəngi olan “Toyota”-nın ölkəmizdəki təmsilçiliyi də bu imperiyanın tərkibinə daxil edilib.

Maraqlıdır ki, “Toyota Abşeron Center” (Toyota Abşeron Mərkəzi) bu şəbəkəyə daxil ediləndən qısa müddət sonra elə E.Rüstəmova aid olduğu bildirilən “Bakı Sığorta”-nın səhmdarına çevrilib.

Göründüyü kimi, baş bankir ənənəsinə sadiq qalaraq, əksər biznes subyektlərini bu sığorta şirkətinin səhmdarları sırasına qatır. Bunu təsdiq etmək üçün uzağa getməyə ehtiyac yoxdur və sadəcə, “Bakı Sığorta”-nın səhmdarlarının rəsmi siyahısına baxmaq kifayətdir – “Bank Respublika” (57,9785%), “Diamond Motors Şirkəti” (9,3750%), “Subaru Azərbaycan” şirkəti (9,3750%), “Yeni Motor Şirkəti”, Murad Rəhimov (6,9653%) və Behbud Nəcəfov (6,9321%). Necəı deyərlər, görünən dağa nə bələdçi?

Bu gwn mediada yayılan məlumatda isə deyilir ki, bu siyahıya “Toyota Abşeron Center” də daxil edilib və iki əməliyyat nəticəsində “Bakı Sığorta” şirkətinin səhmlərinin 12,33 faizini əldə edib. Məlumata görə, birinci əməliyyatda şirkət 527 ədəd, ikinci əməliyyatda 922 səhm satın alıb.

“Toyota Abşeron Center” payları digər hüquqi şəxs olan səhmdarlardan əldə edib. Şirkətdə mühüm iştirak payına (51 faizdən çox) malik olan “Bank Respublika” ASC-nin payı təxminən 60 faiz səviyyəsindən 51-52 faiz səviyyələrinə düşüb. Belə çıxır ki, “Toyota Abşeron Center”ə əsasən məhz “Bank Respublika” ASC-nin payının bir hissəsi satılıb.

Təxminən 9 milyon manatlıq nizamnamə kapitalına malik sığorta şirkəti ətrafında aparılan bu alış-verişin hansı tələbatdan irəli gəldiyi və həmin maliyyə əməliyyatının nəyə hesablandığını sözsüz ki, bu imperiyanın başında duran daha yaxşı bilər…

Onu da qeyd edək ki, “Bakı Sığorta”, səhmdarı olmamışdan öncə də “Toyota Abşeron Center” ilə əməkdaşlıq edirdi. Ancaq onun məhz indi bu sığorta şirkətinin səhmlərini alması bir daha təsdiqləmiş olur ki, “Toyota Abşeron Center” də E.Rüstəmovun biznes imperiyasının tərkibinə qatılıb.

Elman Rüstəmov biznesini genişləndirir – “Toyota” da onun “imperiyasına” daxil edildi
Elman Rüstəmov biznesini genişləndirir – “Toyota” da onun “imperiyasına” daxil edildi

Son xəbərlər

İlon Mask tarixdə ilk trilyonçu oldu

Rusiyada kütləvi PUA hücumu: 231 dron vuruldu

Azərbaycana güclü istilər gəlir: Temperatur 40 dərəcəyə çatacaq

Pensiyanız arta bilər - Çoxunun bilmədiyi hesablama

Həftəsonu 15 min 700-dən çox bakalavr imtahan verəcək

Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub

Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?

Şuşa Bəyannaməsi Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq modelinin əsasını yaradıb

Bakı Metropoliteni yay qrafikinə keçid edir

Azərbaycanda qida məhsulları ucuzlaşıb

Hakan Fidandan Vaşinqton və Tehrana hədəfli çağırış: "Proses alt-üst oldu"

Sosial şəbəkələrdə mənə qarşı şantaj tipli yazılar yazmağa başladılar – Psixoloq

Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək

Saxta pilot hər kəsi aldatdı - 17 il sənədsiz uçuş etdi

“Qarabağ” Bikalyo ilə müqavilənin detallarını açıqladı

"Bu, bankların kredit verməsini asanlaşdıracaq" - İqtisadçı

Daha bir həkim dünyasını dəyişdi - FOTO

Türkiyə və Bolqarıstan sərhəddə yeni keçid məntəqəsi yaradacaq

Gəmiyə hücumda həlak olanlar dəfn edildi

Paşinyan yeni hökumətlə bağlı müzakirələrə başladı

Məhərrəm ayının və Aşura Gününün vaxtı açıqlandı

Azay Möhnətov kimdir? — "İlyasın kafesi" “AF Mall”la necə "qohum"dur? -DETALLAR

"İdrak"da olay: silahın sahibi də cinayət təqibinə cəlb olundu

Gəncədə kütləvi dava - Yaralılar var

Ev sahibinin gödəkcəsi ilə 70 min manatlıq qızıl oğurladı - FOTO

Beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq

DİM xarici dil imtahanı üçün 110 manat ödəniş müəyyənləşdirdi

Özgür Özel və komandası CHP-də qurultaya getmək üçün partiya məclisindən istefa verib

Mədəniyyət Nazirliyi 600 minlik mebel alır

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - ŞOK RƏQƏMLƏR

Bütün xəbərlər