İsmayıllı rayon “Urşan”meşəsində Dəhşətli görüntülər-VİDEO/FOTO














Bir neçə gün bundan qabaq dogruxeber.tv informasiya agentliyində İsmayıllı meşəsində ağacların kütləvi şəkildə qanunsuz olarq kəsilib satılması barədə yazı dərc etmişdik. Dərc olunan məqalələrdən sonra yenə də İsmayıllı meşəsindən görüntülər redaksiyamıza daxil olub. İnsan həyatı üçün yaşıllığın birinci növbədə vacib olduğunu nəzərə alsaq bu qanunsuz biznesə son qoyulması daha məqsədə uyğun olar. Lakin görünür İsmayıllı rayonunda baş verən özbaşınalıqların arxasında böyük vəzifəli şəxslər dayanır. Belə ki, rayonda bir növ cəhənnəm əməliyyatı aparılır.

Ötən buraxılışımızda İsmayıllı rayon Qalınçaq meşəsində baş verənlərlə bağlı video material və fotoları diqqətinizə çatdırsaq da eyni anoloji hadisə Urşan meşələrində baş verir. Görünür ki, meşə gözətçisi Ələddin adlı şəxsin meşələrin bu cür məhv olunmasında xüsusi marağı var. Video kadrlarda da göründüyü kimi böyük, yaşlı ağacları belə kəsib üstünü ağac budaqlarıyla örtüblər. Bu isə edilən qanunsuzluqların gizli qalması üçün atılan mənfur addımlardır. Kadrlara diqqətlə baxın! Kəsilmiş ağacların kötükləri üzərində kiçik ocaq belə qalanıb ki, kötüyün açıq bilinən rəngi seçilməsin. Görünür ki, bu strategiyayla meşələri kütləvi şəkildə qıranlar heç də təcrübəsiz deyillər.

Yəni bir daha əmin olmaq olar ki, bu əməllər meşə qənimlərinin birinci işi deyil. Bəs bu məsələyə Ekalogiya və təbi Sərvətlər naziri hörmətli Muxdar Babayev və rayon icra hakimi Mirdaməd Sadıqovun laqeydliyi nədən qaynaqlanır? Deyilənlərə görə mətbuatla yaxından dostluq əlaqələri quran Mirdaməd Sadıqov belə çıxır ki, bu özbaşınalıqların mətbuatda işıqlanmamasına müəssər olur.

Bəlkə onun da bu özəl meşə biznesində hansısa maraqları gözəgörünməz pərdə altında gizlənir? Necə deyərlər, od olmayan yerdən tüstü çıxmaz. Etibarlı mənbələrdən aldığımız informasiyaya əsasən qeyd edilir ki, meşədən hər gün doğranmış ağaclarla dolu yük maşınları çıxır. Bu ağaclar qonşu kəndlərə və qonşu rayonlara qış aylarında istiliyi təmin etmək üçün odun kimi satılır.Hətta ağacla dolu bir yük maşınının qiyməti 150-200 arasında dəyişir. Təsəvvür edin ki, 150 manata görə 10-larla böyük və körpə ağaclar kəsilərək məhv edilir. Bu ekologiyaya, təbiətə və ümumən milli sərvətlərimizə vurulan zərbə və onların mənimsənilməsidir.

Qeyd edək ki, İsmayıllı rayonunun bir neçə kəndləri qaz və sudan əziyyət çəkir. Neft və qaz ölkəsi sayılan Azərbaycanda niyə heç də ucqar sayılmayan İsmayıllı rayonunun kəndləri qazla təmin olunmur? Məhz bu baxımdandır ki, kənd əhalisinin qış aylarında istiliyə olan təlabatını doğranan ağaclar təmin edir. Bu da qara biznesin inkişafına təkan verməklə yanaşı həm də daha çox ağacın kəsilməsinə səbəb olur. Məsələnin nə dərəcədə ciddi olduğunun artıq fərqindəsiniz.

Qarşı tərəfin mövqeyin dərc etməyə hazırıq:

İsmayıllı rayon “Urşan”meşəsində Dəhşətli görüntülər-VİDEO/FOTO
İsmayıllı rayon “Urşan”meşəsində Dəhşətli görüntülər-VİDEO/FOTO
İsmayıllı rayon “Urşan”meşəsində Dəhşətli görüntülər-VİDEO/FOTO
İsmayıllı rayon “Urşan”meşəsində Dəhşətli görüntülər-VİDEO/FOTO
İsmayıllı rayon “Urşan”meşəsində Dəhşətli görüntülər-VİDEO/FOTO
İsmayıllı rayon “Urşan”meşəsində Dəhşətli görüntülər-VİDEO/FOTO
İsmayıllı rayon “Urşan”meşəsində Dəhşətli görüntülər-VİDEO/FOTO

Son xəbərlər

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Sumqayıtda Milli Qurtuluş Günü qeyd olundu – FOTOLAR

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bütün xəbərlər