1,2 milyon manat qazanan şəbəkə tutuldu - Bakıda (FOTOLAR)













“BeardyCoin” adlı əslində mövcud olmayan kriptovalyuta yaradaraq “şəbəkə biznesi” adı altında insanların pulunu ələ keçirən mütəşəkkil cinayətkar dəstənin üzvləri ifşa ediliblər.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Maliyyə Bazarlarına Nəzarət Palatasının əməkdaşlarının birgə iştirakı ilə keçirilən əməliyyat-tədbiri nəticəsində bir qrup şəxsin investisiya şirkəti adı altında “şəbəkə biznesi” yaradaraq çoxsaylı vətəndaşları aldatmaları müəyyən edilib.

Araşdırma zamanı müəyyən olunub ki, Bakı şəhər sakini Kənan Mustafazadə, Qırğızıstan Respublikasında anadan olan Rəfail Taştəmirov, Lənkəran rayon sakini Xəyal Yaxyayev, Gəncə şəhər sakini Müslüm İsmayılov, Qəbələ rayon sakini Araz Qasımov və qeyriləri 2018-ci ilin iyun ayında internet şəbəkəsində xüsusi lokal proqram yaradaraq, dövlət qeydiyyatına alınmayan və dövlət reyestrinə daxil edilməyən “İnvestsland” investisiya şirkəti adı altında özləri tərəfindən uydurulmuş “şəbəkə biznesi” yaradıblar. Onlar əslində mövcud olmayan “BeardyCoin” adlı kriptovalyutanın guya beynəlxalq valyuta bazarında satışını təşkil etdiklərini, mərkəzi ofislərinin Amerika Birləşmiş Ştatlarında yerləşdiyini və özlərini həmin şirkətin Azərbaycan Respublikasındakı rəsmi nümayəndələri kimi təqdim edərək “investisiya paketi” adı ilə şişirdilmiş yüksək gəlirlər vəd etməklə vətəndaşların pul vəsaitlərini aldatma yolu ilə ələ keçirblər.

Bu qayda ilə adıçəkilən şəxslər qurduqları “şəbəkə biznesi”nə piramida şəklində çoxsaylı vətəndaşları cəlb edərək onlara faktiki mövcud olmayan, uydurulmuş “BeardyCoin” adlı kriptovalyutanı 700.000 ABŞ dollarına satıblar. Araşdırma zamanı dəstə üzvlərinin “investisiya paketi” adı altında şişirdilmiş yüksək gəlirlər təklif edərək ümumilikdə 4000 yaxın vətəndaşı aldatdıqları müəyyən edilib.

Həmin şəxslərin paytaxtın Nəsimi rayonunda icarəyə götürdükləri ofisə baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar aşkar edilərək götürülüb.

Faktla bağlı Baş İdarənin İstitaq Şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1 (Dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanıb, mütəşəkkil dəstənin 5 üzvü barədə həbs qətimkan tədbiri seçilib, istintaq-əməliyyat tədbirləri davam etdirilir.


1,2 milyon manat qazanan şəbəkə tutuldu - Bakıda (FOTOLAR)

1,2 milyon manat qazanan şəbəkə tutuldu - Bakıda (FOTOLAR)
1,2 milyon manat qazanan şəbəkə tutuldu - Bakıda (FOTOLAR)
1,2 milyon manat qazanan şəbəkə tutuldu - Bakıda (FOTOLAR)

Son xəbərlər

Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı mühüm xəbər: Tikinti bu tarixdə başlayır

Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq

Ukrayna strateji bölgəni azad etdi

Təl-Əvivdən Moskvaya uçuşlar dayandırıldı

Həvəsinə görə məhkəməlik oldu - Bakıda gənc oğlanın ŞOK ƏMƏLİ

İyunun 26-da hava dəyişir: Yağış yağacaq, şimşək çaxacaq

Azərbaycan Suriyada 10 məktəbin yenidən inşasına, daha 100-nün bərpasına dəstək verəcək

Azərbaycanda məsafədən verilən istehlak kreditlərinə dair yeni tələblər müəyyənləşdirilib

II və III ixtisas qrupları üzrə 2-ci cəhd imtahanı bu tarixdə keçiriləcək

“Qarabağ”dan 2.7 milyonluq transfer - Artıq Bakıdadır

Azərbaycanın bank sektorunun aktivləri artıb

Metrodan istifadə edənlərin DİQQƏTİNƏ - Dəyişiklik olacaq

Ölü insanların kimliyindən istifadə edib milyonlar qazandılar

"Orta əsrlərdə yaşayırsınız" dedi, çimərlikdən qovuldu

TƏBİB rəhbəri daha üç xəstəxananın direktorunu işdən çıxardı

“Azərişıq” ASC-yə ISO beynəlxalq standartları üzrə sertifikatlar təqdim olunub

Xanımı ilə dalaşan Əməkdar artist özünü körpüdən atdı

60 yaşlı kişi mağazada öldü

Azərbaycanda yeni rüsum müəyyənləşir - 70 manat

Dollar almaq istəyənlərin nəzərinə

Venesuelada şiddətli zəlzələ: binalar çökdü, 32 ölü - Video

“Brent” ucuzlaşdı

Növbəti köç karvanları yola salındı

Yaponiyada zəlzələnin maqnitudası 7,2-yə yüksəldildi

Sabah çimərliklərdə dəniz suyu 25 dərəcəyədək isinəcək

Xəzər rayonunda avtomobilləri talayan şəxs saxlanıldı

Ceyhun Bayramov Polşaya getdi

Qusarda 14 və 17 yaşadək cüdoçular arasında region birincilikləri keçiriləcək

Türkiyə parlamentində ilk - Deputatlar evləndi

Ceyhun Bayramov Polşaya getdi

Bütün xəbərlər