dunya
20.03.2019
İranda sərnişin təyyarəsi belə yandı - VİDEO (YENİ-2)

İranda 50 nəfəri daşıyan sərnişin təyyarəsində yanğın olub
Hadisə Tehranın beynəlxalq Mehrabad hava limanında baş verib. Hazırda təyyarənin göyərtəsində 50 nəfərin olduğu deyilir.
dogruxeber.tv "Reuters" agentliyinə istinadən verdiyi xəbərə görə, təxminən 50-dək sərnişin isə təyyarəni tərk edə bilib.
Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb olunub. İnsident barədə hələlik başqa məlumat verilmir.
***
Çərşənbə axşamı Tehranın Mehrabad beynəlxalq hava limanında sərnişin təyyarəsində baş vermiş yanğın söndürülüb, 100-ə yaxın sərnişin uğurla təxliyyə olunub.
Unikal.org NTV-yə istinadən xəbər verir ki, nəqliyyat vasitəsinin mühərriklərindən biri yanıb.


