dunya
19.04.2018, 09:16
ABŞ-da sərnişin təyyarəsi tüstülənmə səbəbindən təcili eniş edib

ABŞ-ın “Delta Airlines” aviaşirkətinə məxsus sərnişin təyyarəsi Atlanta hava limanına təcili eniş edib.
dogruxeber.tv-in TASS agentliyinə verdiyi xəbərə görə, insidentə təyyarənin mühərrikində yaranan problem səbəb olub.
Atlanta-London marşrutu üzrə havaya qalxan təyyarə bir müddət sonra geri dönməyə məcbur olub. Uçuş zamanı təyyarənin mühərriklərindən biri tüstülənməyə başlayıb.
İlkin məlumata əsasən, hadisə nəticəsində zərərçəkən yoxdur. İnsidentin səbəbləri araşdırılır.


