hadise
23.03.2019, 10:04
Bakıda yanğın zamanı 84 yaşlı kişi öldü

Bakı şəhərinin Xətai rayonunda birmərtəbəli evdə yanğın baş verib.
dogruxeber.tv FHN-ə istinadən xəbər verir ki, yanğının kəşfiyyatı zamanı 1935-ci il təvəllüdlü Abbasov Əli Bayram oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


