hadise
23.03.2019
Sumqayıtda əlvan metal oğurlayan keçmiş məhkum saxlanıldı

Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis bölməsinin əməkdaşlarının apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, keçmiş məhkum E. Həsənov saxlanılıb.
dogruxeber.tv ONA-ya istinadən xəbər verir ki, o, şəhər ərazisində evlərdən birinin həyətindən əlvan metal oğurlamaqda şübhəli bilinir.
Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsində araşdırma aparılır.


