"Əli İnsanov bu gerçəkliyi görəcək səviyyədə deyil" - Sevinc Hüseynova













“Azərbaycan demokratik dəyərlərə və humanizm prinsiplərinə sadiq dövlətdir. Azərbaycan Prezidenti tərəfindən əfv sərəncamlarının imzalanması buna sübutdur”.

Bu fikirləri Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

S.Hüseynova bildirib ki, Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamları dövlətimizin başçısının fəaliyyətinin ədalət, humanizm və mərhəmət prinsiplərinə əsaslandığının təzahürüdür. Onun sözlərinə görə, səhv etmiş, cinayət törətmiş insanlara yeni şans verməklə, bağışlayıb cəmiyyətimizə qaytarmaqla onlara yenidən həyatın, azadlığın dəyərini dərk etməyə, öz səhvlərini başa düşüb doğru yola qayıtmağa kömək edilir.

“Çünki mərhəmətlilik, humanistlik, bağışlamaq bacarığı ən ali və insani keyfiyyətlər kimi qiymətləndirilir. Amma təəssüflər olsun ki, əfv kimi humanist addımı dəyərləndirə bilməyənlər də var. Martın 16-da dövlət başçısının əfv sərəncamı ilə azadlığa çıxan keçmiş səhiyyə naziri Əli İnsanovun ortaya qoyduğu mövqe tamamilə yanlışdır. Cənab Prezidentin humanistliyinin ifadəsi olaraq azadlığa qovuşan keçmiş nazirin açıqlamaları onun hələ də doğru yolda olmadığını göstərir. Amma Ə.İnsanov bilməlidir ki, Azərbaycan güclü dövlətdir və heç kimin diqtəsi ilə hərəkət etmir. Humanizm siyasəti Azərbaycan dövlətinin əsas prinsiplərindən biridir. Azərbaycanın bu yöndə təcrübəsini dünya dövlətləri də öyrənməlidir. Görünən odur ki, Ə.İnsanov bu gerçəkliyi görəcək səviyyədə deyil. Humanist addımları dəyərləndirə bilməmək zəiflik əlamətidir. Yaxşı olar ki, o tezliklə islah olunsun və etdikləri səhvləri anlasın. Əks halda, onun qərəzli mövqeyi və əsassız fikirləri Heydər Əliyev siyasətinə sadiq olan insanların hiddətinə səbəb olacaq, cəmiyyətdə qınaq obyektinə çevriləcək”-deyə, deputat qeyd edib.

Son xəbərlər

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Sumqayıtda Milli Qurtuluş Günü qeyd olundu – FOTOLAR

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bütün xəbərlər