Bakıda avtoxuliqanlıq edən sürücü həbs olundu (VİDEO)



















Binəqədi Rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin əməkdaşları tərəfindən ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin daha da yüksək səviyyədə təmin edilməsi məqsədi ilə profilaktik və maarifləndimə tədbiri keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən kobud qayda pozuntusuna yol verən, avtomobili sərxoş vəziyyətdə idarə edən, piyada keçidindən istifadə etməyən, avtoxuliqanlıq hərəkətlərinə yol verən sürücülər müəyyən edilib.

Tədbir zamanı Binəqədi rayonu ərazisində avtoxuliqanlıq edən “Opel” markalı avtomobilin sürücüsü, paytaxt sakini Anar Xəlilov əvvəlcə yol polislərinə tabe olmayaraq nəqliyyat vasitəsini idarə etməyə başlayıb. Sürücünün polislərdən qaçma anı yol patrul xidməti avtomobilinin kamerası vasitəsilə lentə alınıb. Daha sonra sürücü Binəqədi qəsəbəsində ara küşələrdə yol polisləri tərəfindən süni tıxac yaradılaraq saxlanılıb. Bu sürücü barəsində toplanan materiallar qərar verilməsi üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə avtoxuliqanlıq edən sürücü 20 sutka inzibati qaydada həbs edilib və o, 1 il müddətinə sürücülük hüququndan məhrum edilib.

Binəqədi rayonu ərazisində keçirilən tədbir zamanı 100-dən artıq yol hərəkəti qaydalarını pozan sürücü inzibatı məsuliyyətə cəlb edilib. Aşkar edilən qayda pozuntularından 42-si yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücülər tərəfindən törədilib. Tərtib edilən protokollardan 4-ü nəqliyyat vasitəsini sərxoş halda idarə edən, 1-i isə avtoxuliqanlıq edən sürücülərə tərtib edilib.

Qeyd edək ki, Binəqədi rayonu ərazisində sürücü və piyadalar arasında profilaktik, eləcə də maarifləndimə tədbirləri bundan sonra da mütəmadi olaraq davam etdiriləcək.

Oxunub: 1 276

Son xəbərlər

Millimizin baş məşqçisi istefaya göndərildi

Ukraynaya 90 milyard avroluq kredit ayrıldı

Almaniyanın "Fortuna" klubu 28 futbolçusu ilə vidalaşa bilər

Azərbaycanın 5 vətəndaşı repatriasiya olundu

Suriyadan 5 Azərbaycan vətəndaşı ölkəyə gətirildi

Ölkədə yeni dövlət rüsumu müəyyən EDİLİR

Gürcüstan ATƏT sədrliyinə namizədliyini təqdim edib

Edqars Rinkeviçsin şərəfinə rəsmi lanç verildi

Azərbaycanda zəlzələ olub

Gürcüstan və Ermənistanın müdafiə nazirləri regional təhlükəsizliyi müzakirə edib

Bakıda qətl törədən şəxsə ağır cəza istənildi

Prezidedent latviyalı həmkarını sülh prosesi barədə məlumatlandırıb

Bakıda şirkətdən 11 min manatlıq oğurluq edilib

55 mindən çox şagird imtahan verəcək

Azərbaycan-Latviya sənədləri mübadilə edildi

Hesablama Palatası Naxçıvan MSK-da dövlət vəsaitlərinin istifadəsində nöqsanlar aşkarlayıb

Barat Yusubov vəzifəsindən azad edildi

Sabahın havası AÇIQLANDI

FTX Müdafiə Nazirliyinə terror hücumunun qarşısını aldı

Liderlər mətbuata bəyanatlarla çıxış edirlər

Azərbaycan I rübdə Qarabağ və Şərqi Zənzəgura 386 milyon manat vəsait qoyub

“Kitab həmin dövrdə Latviyada geniş ictimai marağa səbəb olub”

Prezident İlham Əliyevin Latviya Prezidenti ilə təkbətək görüşü olub

Azərbaycan neftindən ŞAD XƏBƏR

Birbank Invest 9 ay ərzində 25 milyon dövriyyə edib

Birbank-da müraciətlərin 70%-ni süni intellekt cavablandırır

“Sabah”, yoxsa “Qarabağ”? – Finalçı bəlli olur

45 min iranlı evsiz qalıb

20 min uçuş ləğv edilir - Bu ölkədə

Latviya Prezidenti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Bütün xəbərlər