295 piyadaya qarşı tədbir görüldü - REYD (FOTOLAR)



















Martın 29-da Bakı Şəhər Baş Polis İdarəsinin tabeli orqanları tərəfindən cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, inzibati hüquqpozmalara qarşı əməliyyat-profilaktik, profilaktik-maarifləndimə tədbirləri keçirilib.

Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, paytaxtda nəqliyyat axınının intensiv olduğu yollarda hərəkət iştirakçılarının - sürücü və piyadaların hüquqi maarifləndirilməsi ilə bağlı fərdi söhbətlər aparılıb. Söhbətlərdə inzibati xəta tərkibi yaradan hərəkətlərin təkcə qanun pozuntusu yox, həm də insanın həyat və sağlamlığı, maddi ziyana səbəb olan fəsadlar izah olunub.

Paytaxt üzrə keçirilən kütləvi tədbirdə əsas məqsəd yol hərəkətinin təhlükəsizliyinin etibarlı təminatında hər bir insanın məsuliyyət hissinin artırılması olub. Fərdi profilaktik söhbətlərdə yol polisi, ictimai təhlükəsizlik idarə və şöbələrinin əməkdaşları ilə yanaşı, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.

Ümumilikdə yol hərəkəti qaydalarını pozan 896, o cümlədən kobud qayda pozuntusuna yol verən 130 sürücünün barəsində İXM-nin müvafiq maddələri ilə inzibati xəta haqqında protokollar tərtib olunub, çoxavazlı səs siqnalları, səs boğucular, sayrışan işıqlar, pərdə, plyonka və qanunla qadağan olunmuş digər əlavə avadanlıqlar quraşdırılan, eləcə də konstruksiyasında dəyişiklik edilən 17 nəqliyyat vasitəsi saxlanılaraq mühafizə olunan duracağa yerləşdirilib, avtomaşını sərxoş halda idarə edən 19, avtoxuliqanlıq edən 2 sürücü, yolu müəyyən olunmayan yerdən keçən 295 piyada, sərnişin daşıma qaydalarının pozulması ilə bağlı 50 fakt müəyyən olunaraq müvafiq tədbirlər görülüb.

Eləcə də keçirilən əməliyyat və profilaktiki tədbirlər nəticəsində küçə ticarəti ilə məşğul olduqlarına görə 106, avara və dilənçiliklə məşğul olduqlarına görə 14 nəfər müəyyən olunub.

Paytaxt polisinin inzibati ərazisində xidmətin nümunəvi təşkili və aparılması, asayişin, vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən etibarlı qorunması nəzarətdə saxlanılmaqla, müvafiq tədbirlər davam etdirilir.


295 piyadaya qarşı tədbir görüldü - REYD (FOTOLAR)
295 piyadaya qarşı tədbir görüldü - REYD (FOTOLAR)
295 piyadaya qarşı tədbir görüldü - REYD (FOTOLAR)

Son xəbərlər

Çin təbii fəlakətlərlə mübarizə məqsədilə Mərkəzi Asiya ölkələri ilə peyk bürcü yaradır

Qazaxda kişi arvadını yuxudan oyadıb 10 dəqiqə döydü - Səbəbi və cəzası...

İçilərin və o cümlədən digər fiziki şəxslərin hansı gəlirləri, gəlir vergisindən azaddır?

Dəmir yolu relslərinin arasına tonlarla daş tökülməsinin səbəbi bəlli oldu

Azərbaycanda ödənişli hərbi xidmət olacaq? (AÇIQLAMA)

İtaliyanın ən uzun çayı quruyur

“İskəndər” raket istehsalı zavodu vuruldu

Xorultunun qarşısını dərmansız necə almaq olar?

Ukraynanın MiQ-29 qırıcısı qəzaya uğrayıb

Hərbi xidmətdən yayınanları bu CƏZALAR GÖZLƏYİR

Rusiya bu yaşayış məntəqəsini işğal etdi

Sosial şəbəkələrdə "myGov" iddiası - Sistemdə olmayan analiz nəticələri görünür

Əmisi oğlunun toyundan 13 yaşlı qızı qaçırdı, 8 il sonra həbs olundu

Binəqədidə yol çökdü, sürücülər çətin vəziyyətə düşdü - Video

Bakı-Naxçıvan aviareysləri ləğv edilib

Ukraynanın Volqoqrada hücumu nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb

Deputatlarımız Tblisiyə gedir

Dörd günlük güclü maqnit qasırğası olacaq

Azərbaycanda bazar günü hava yağmurlu olacaq

Dilarə Səlim vəzifəsindən azad edilib? - Açıqlama

Cəlilabadda yaşayış evi yanaraq kül oldu

Rusiya Zaporojye və Xarkovdakı YDM-lərə zərbələr endirib

Bu ölkədə son 50 ilin ən isti günü qeydə alındı

Onlara general rütbəsi verildi – SİYAHI

Bu gün Bakıda UFC turniri keçiriləcək

Azərbaycan duz istehsalını artırıb

Bakıda yeniyetmə motosikletlə avtomobilə çırpıldı, ağır xəsarət aldı

İsti avtomobili saniyələr içində necə sərinlətmək olar?

Çimərliyə getmək istəyənlərin nəzərinə!

DYP yağışlı hava ilə bağlı sürücülərə müraciət etdi

Bütün xəbərlər