siyaset
30.03.2019, 09:58
“Danışıqlar normal və konstruktiv ab-havada keçib”- Hikmət Hacıyev

“Avstriyanın paytaxtı Vyanada Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında danışıqlar normal və konstruktiv ab-havada keçib”.
Bunu açıqlamasında Azərbaycan Prezidenti Administrasiyasının (PA) Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.


