hadise
5.04.2019
Otel rəhbəri öldü - Bakıda (FOTO)

Bakıda otel rəhbəri müəmmalı şəkildə ölüb.
dogruxeber.tv “Qafqazinfo”ya istinadən xəbər verir ki, Nərimanov rayonunda yerləşən “Golden Shayn” otelinin rəhbəri, Türkiyə vətəndaşı Mehmet Ali Altınterim aprelin 4-də gecə saat 03 radələrində evində vəfat edib.
60 yaşlı M.A.Altınterimin ölüm səbəbinin müəyyən olunması üçün məhkəmə tibbi ekspertizası təyin edilib.


