dunya
10.04.2019
Putin tərcüməçini “quldur” adlandırdı

Rusiya prezidenti Vladimir Putin İsveçin baş naziri Stefan Lövfen arasında görüşdə maraqlı hadisə baş verib.
dogruxeber.tv “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, Putin “dostlar” sözünü “partnyorlar” sözü ilə əvəz edən tərcüməçinin qərarına reaksiya verib.
“Mən “dostlar” dedim, amma o, “partnyorlar”. Quldur", - Putin yumorla bildirib.
Putin qeyd edib ki, iki ölkənin münasibətləri hansısa çətinliklərə baxmayaraq, inkişaf edir. Dövlət başçısının sözlərinə görə, ölkələr arasında əmtəə dövriyyəsi 2018-ci ildə 30 faiz artıb.


