Nazirlik ANS-i məhkəməyə verdi











Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "ANS"i məhkəməyə verərək 86 min manat tələb edib.

dogruxeber.tv "qafqazinfo"ya istinadən xəbər verir ki, nazirliyin Teleradio İstehsalat Birliyi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdeh, "ANS" Müstəqil Yayım və Media Şirkətindən 86 222,90 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunu alınaraq "Teleradio İB"yə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş edib.

İddia tələbi onunla əsaslandırılıb ki, "Teleradio" İstehsalat Birliyi ilə cavabdeh "ANS" arasında 2004-cü il sentyabrın 1-də müqavilə imzalanıb. Müqaviləyə əsasən "Teleradio" İB "ANS"-in avadanlıqlarına enerji təminatını, texniki xidmət, mühafizə və təhlükəsizlik xidmətlərini yerinə yetirib. Oxşar müqavilə 2010-ci il yanvarın 25-də Teleradio İB ilə ANS ÇM arasında da imzalanıb.

Birinci müqavilədən "ANS" TV-nin "Teleradio"ya 72 773,49 manat, ikinci müqavilədən "ANS ÇM"in isə 13 499,41 manat borcu yaranıb.

"Teleradio" yaranmış borcların ödənilməsi ilə bağlı dəfələrlə, sonuncu dəfə 2017-ci il iyulun 17-də müraciət etsə də, heç bir ödəniş olunmayıb.

"ANS" Müstəqil Yayım və Media Şirkətinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, şirkətin nümayəndəsi məhkəmə iclasına gəlməyib.

Məhkəmə gedişatında "Teleradio" İB-nin nümayəndəsi iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, "ANS ÇM"in borcunu bağışlayaraq, yalnız TV-nin borcuna görə "ANS" şirkətindən 72 773,49 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Teleradio İstehsalat Birliyinə ödənilməsini xahiş edib.

Hakim Səbinə Nuriyeva iddianı təmin edib və qeyd olunan məbləğin "ANS"dən tutularaq Teleradio İstehsalat Birliyinə ödənilməsinə qərar verib.

Son xəbərlər

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Sumqayıtda Milli Qurtuluş Günü qeyd olundu – FOTOLAR

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bütün xəbərlər