Samux rayonunda 6 il öncə işıq idarəsinin səhlənkarlığı üzündən ölmüş oğlana bu gün hərbi xidmətə çağrış vərəqəsi gəldi.. Atanın qəzəbi-VİDEO












Son günlər ölkənin bir çox sahələrində böyük islahatlar aparılmaqdadır. Hər kəsə bəllidir ki,son bir neçə il öncə dolların bahalaşması ölkə iqtisadiyyatına xeyli sayda ziyan vurdu. Surətlə baş verən infliyyasiya nəticəsində xalqın yaşam durumuna da təsirsiz ötmədi. Banklara borcları olan insanlar üçün vəziyyət ikiqat ağırlaşmışdır. Bəllidir ki, ölkə başçısı cənab İlham Əliyev hər zaman uğurlu siyasət yürüdərək, xalqı işıqlı sabahlara çıxartmağı bacarmışdır. Bu dəfə də böyük humanistlik nümaiş etdirərək, banklara borcları olan insanların əlavə faiz ödəmələrindən azad edilməsi üçün qərar qəbul etdi.

Beləliklə bir daha sübut olundu ki, ölkə rəhbəri daima xalqı düşünür və onların yaşayış səviyyəsinin yüksəlməsi üçün əlindən gələni xalqa əsirgəmir. Amma bəzi vaxtlarda bir sira məmurların xalqa qarşı laqeyitliyi xalqla hakimiyyəti üz-üzə qoyur. Məlumdur ki, hər bir rayona ölkə başçısı tərəfindən icra başçıları təyin olunur. Hər zaman Prezidentin keçirdiyi müşavirələrdə eşidib görürük ki, ölkə başçısı təyin etdiyi icra başçılarına ilk tövsiyəsi o olur ki, xalqa xidmət edin və xalqla xoş rəfdarla davranın.

Amma çox təəssüflər olsun ki, bir çox hallarda bunun əksinin şahidi oluruq. Elə icra başçıları varki,rəhbərlik etdiyi rayon sakinləri ilə bədrəfdar davranır və onların düşdüyü hər-hansı bir çətinliklərinə yardım göstərmir. Bu isə ölkə başçısına xəyanətdən başqa bir şey deyil. Buna nümünə olaraq Samux rayon icra başçısını qeyd etmək olar. Bu şəxs barədə sosial mediada xeyli sayda məqalələr dərc olunub. Belə ki, Samux rayon icra başçısı Alı Qocayev barədə dogruxeber.tv informasiya agentliyinin redaksiyasına xeyli sayda şikayət xarakterli müraciətlər daxil olmuşdur.

Həmin şəxslər Məmmədov Cavanşir Fəxrəddin oğlu, Bayramova Səlfinaz Nuru qızı və Həsənova Zəminə Səməndər qızı olmuşdur. Acınacaqlı durumda olduqlarını bildirən Samux rayon sakinləri, qeyd edirlərki, rayon icra başçısından ailə durumumuz üçün kömək istəyirik, bizə təhqiredici ifadələr işlətməklə yanaşı heç bir köməklik göstərmir. Vətəndaş Həsənova Zəminə Səməndər qızının bildirdiyinə görə icra başçısı deyir ki,”uşağı mənim üçün doğmamısan ,özün üçün doğmusan özündə saxla.” Xəstə azyaşlı övladı olan sakin, həyat yoldaşının işlə təmin etmələri üçün etdiyi müraciəti, ağır ifadələr eşitməklə yadda qalıb.

Ən dəhşətlisi burdadır ki, kimsəsi olmayan tənha veteran qızı Bayramova Səlfinaz Nuru qızı bildirir ki,”iki ildir işıq və qazımı borca görə kəsib məni soyuq və qaranlıq otaqda qoyublar. Nə qohumum nə də yaxın adamım var, özüm də xəstə qadınam. İcra başçısından işığımın yanmasını istədim,onu mənə verdirmədi. ”Çarəsiz durumda olan veteran qızı S.Bayramovanın son ümidi, mətbuat vasitəsi ilə ölkə Prezidenti cənab İlham Əliyevdən kömək diləməkdir.

Faciyəvi halda övladını itirən Məmmədov Cavanşir Fəxrəddin oğlunun hiddət və qəzəbi yerə-göyə sığmır. Dəfələrlə mətbuat vasitəsilə ölkə başçisina müraciət ünvanlayan C.Məmmədov, bu dəfə fərqli müraciətilə bizi də çaş-baş qoydu. Bir neçə il öncə işıq idarəsinin səhlənkarlığı uçbatından 10 yaşlı oğlunu itirən M.Cavanşır bildirir ki, kəntdə işıq dirəkləri iştifadə müddətin bitirdiyi üçün bir neçəsi qırılıb aşmışdır. 2014-cü il May ayının 11-də 10 yaşlı oğlum Məmmədəv Fərid Cavanşir oğlu, qırılıb yerə düşmüş elektirik naqilinə toxunması nəticəsində dünyasını dəyişib.

Belə ki, C.Məmmədov bildirir ki, övladımın ölümünə səbəb olan Samux rayon işıq idarəsinin müdri Razim Qasımov bu cinayətdən rüşvət bahasına canını qurtarmağı başardı. Yerli məhkəməni müəyyən maraqlar bahasına ələ alan Razim Qasımovu, məhkəmə tərəfindən 70-ci maddə ilə işdən uzaqlaşdırılmasına dair qərar çıxarılmışdır. Maraqlı məqam burdadır ki, qısa müddət keçmədən R.Qasımov yenidən öz vəzifəsinə qayıdaraq ,fəaliyyətini davam etdirir. Bu günə qədər övlad acısı çəkən C.Məmmədov bildirir ki, övladımın ölümünə səbəb olanlar sanki məndən qisas alırlar.

Bir neçə gün öncə icra nümayəndəsi Xəlilov Natiq və rayon hərbi komisarlıq nümayəndəsi, altı il öncə ölmüş Məmmədov Fərid Cavanşir oğluna hərbi xidmət üçün çağırış vərəqəsi gətiriblər. Burada sözün bitdiyi yerdir...! Necə ola bilər ki, rayon sakinlərinin ölüsündən və yaxud dirisindən, icra nümayəndəsinin xəbəri olmasın? Düşünmürlər ki, bir atanın illərdir qaysaqlamış yarasını qopartmaq hansı fəsatlara
səbəb olar..! Bizim üçün də maraqlıdir görəsən rayon sakinlərinin bu cür fəryadına rayon icra başçısı nədən biganə yanaşır.
Qarşı tərəfi dinləyib mövqeyin dərc etməyə hazırıq:



Oxunub: 2 319

Son xəbərlər

Sabah hava yağıntılı olacaq

ABŞ ağır zərbə PUA-larından imtina edir

Keşlədə sökülmüş yaşayış evinin sakinlərinə maddi yardım ödəniləcək

"İdrak" liseyində güllələnən müəllim işdən çıxdı

Dəniz səviyyəsi artır, torpaq çökür - Çinin sahil şəhərləri üçün yeni təhlükə

Bakının 4 rayonunda istinad divarları TİKİLƏCƏK-SƏRƏNCAM

Azərbaycan millisi dünya reytinqində birinci oldu

Donald Trumpa qarşı sui-qəsd cəhdinin detalları ortaya çıxdı

Medina "Qarabağ"da 200-ə çatdı

Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: Səbəb açıqlanmadı

Azərbaycanda “Kərimə dövlət” qurmaq istəyənlərdən biri öldürüldü

Zelenski Qəbələdən sonra İrəvana gedəcək

Gürcü futbolçu Azərbaycan Premyer Liqasında 60-cı qolunu vurdu

Bu maşın markasının satışı ARTIR- YENİ REKORD

Bakı-Praqa iqtisadi əlaqələrində yeni mərhələ: Azərbaycan Çexiya bazarında nə satır?

Azərbaycan universitetlərində dərslər bu tarixdə yekunlaşacaq

Vətəndaşların dövlət qurumlarına müraciətlərinə EHİS üzərindən də baxılacaq

Çexiyanın Baş nazirinin Azərbaycana səfəri başa çatdı

Neft qiymətləri YÜKSƏLDİ

Nyu-York birjasında təbii qaz ucuzlaşıb

Qazaxıstan "Drujba" tranzit tənzimləmələri səbəbindən 260 min ton nefti yenidən bölüşdürəcək

Modriç mövsümü başa vurdu

Minifutbol üzrə Azərbaycan millisi dünya reytinqində birinci pilləyə yüksəldi

“WhatsApp” 4 aydan sonra bu telefonlarda işləməyəcək

Azərbaycan Çinlə avtomobil yük daşımalarında kvotanı 5 dəfə artırıb

"Həzi Aslanov" metrostansiyasında görülən işlərə dair son vəziyyət açıqlanıb

Rusiyada əlverişsiz hava şəraitinə görə 1 uşaq ölüb, 31 nəfər xəsarət alıb

Dünya və Avropa çempionumuz Kamran Zeynalov Özbəkistanda keçirilən beynəlxalq konfransda çıxış edib

Azərbaycan Beynəlxalq Təchizat Zənciri və Liman Logistikası sərgisində iştirak edir

Almaniyanın diplomatları Xankəndi ilə tanış olublar

Bütün xəbərlər