Dünyanın ən böyük panorama çarxı Dubayda olacaq





Birləşmiş Ərəb Əmirliklərinin “Meraas” şirkəti bildirib ki, gələn il keçiriləcək beynəlxalq “Expo-2020” sərgisi ərəfəsində Dubayda dünyanın ən böyük panorama çarxı istifadəyə veriləcək. Onun hündürlüyü 250 metrdən çox olacaq. Yeni attraksion əvvəlki rekordçular - Las-Veqasdakı High Roller (167 metr) və Londondakı London Eye çarxlarını geridə qoyacaq.

“Meraas”ın məlumatına görə, çarxın son millərinin quraşdırılması uğurla başa çatıb. Lakin bir sıra tamamlama işləri davam edir. Ain Dubai adlanacaq bu çarxın statistikası da maraqlıdır: onun çənbərini saxlayan hər milin çəkisi 5 tondur. Milin içərisindəki məftil və kabellərin ümumi uzunluğu isə 2400 kilometrdir. Bu, Dubayla Qahirə arasında məsafəyə bərabərdir. Ain Dubai çarxının çənbərinin çəkisi 16 ədəd Airbus A380 təyyarəsi qədərdir. Konstruksiyanın saxlayan dayaqların uzunluğu 126 metrdir. Hər dayağın içərisində 15 ədəd London avtobusu yerləşdirmək olar. Attraksionun quraşdırılmasında 9 min ton poladdan istifadə olunub ki, bu da Eyfel qülləsində olduğundan 25 faiz çoxdur.

Panorama çarxı Bluewaters Island süni adasında yerləşir və buradan Dubaya və Ərəb körfəzinə gözəl mənzərə açılır. (AzərTAc)

Son xəbərlər

Rafael Fiziyev Bakıda

Aİ Ermənistana ilk yardım tranşını etdi

ABŞ-də Trampın 31 milyon dollarlıq malikanəsi söküləcək

Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb

Azərbaycanda ictimai iaşə dövriyyəsi 6 %-ə yaxın artıb

Şagirdlər niyə məktəbdəki dərsi mənimsəyə bilmirlər?

Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı

FHN bir evin inşası, birinin isə təmirinə 170 min manat xərc yazıb

Qrossi: Bu ölkələr də nüvə silahı əldə etmək haqda düşünməyə başlayıblar

Güclü zəlzələ bu ölkənin yerini xəritədə dəyişdirib

Burj Khalifa-nın 16 illik taxtı əldən gedir

Köçəryan MSK-nı məhkəməyə verdi

Kimlər qan üçün donor ola bilməz?

Fransa parlamentində deputatlar üçün narkotik testləri təklifi gündəmə gəlib

Londonda sərnişin təyyarəsində meyit tapıldı

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək

Masazırda faciə: Ölən var

Boliviyada kütləvi iğtişaşlara görə fövqəladə vəziyyət elan edildi

Nazir Dilqəm Məhərrəmovu bu klinikaya direktor təyin etdi

“AzerGold” QSC-də Somali İnkişaf və Yenidənqurma Bankının baş direktoru ilə görüş keçirilib

"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Qax və Zaqatala sakinləri ilə görüşüb

Tramp Netanyahuya qarşı: onlarla gizli danışıq aparır...

Azərbaycan neftinin qiyməti kəskin artdı

Paşinyanın dövründə Ermənistanın dövlət borcu 110% artıb

Türkiyə millisi məğlub oldu

Ukrayna zərbələri Rusiyada məhkəmə predmetinə çevrilir

Göygöldə mikroavtobus aşdı, yaralılar var

Azərbaycanda vəzifəli şəxs vəfat etdi

İki qatar toqquşdu: 89 nəfər yaralandı, ölən var - Yeniləndi

NATO Baş katibi iyunun 24-də Trampla Ağ evdə görüşəcək

Bütün xəbərlər