gundem / sosial
30.04.2019
Terrorçuluğu maliyyələşdirən Azərbaycan vətəndaşı axtarışa verildi

Rusiya hüquq-mühafizə orqanları terrorçuluğu maliyyələşdirməkdə təqsirləndirilən Azərbaycan vətəndaşı barəsində beynəlxalq axtarış elan edib.
Bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.
Məlumatda qeyd olunur ki, Azərbaycanın Astara rayon sakini, 1985-ci il təvəllüdlü Rövşən Əliyev terrorçuluq fəaliyyətini maliyyələşdirməkdə təqsirli bilinir. Onun barəsində həbsli axtarış qərarı çıxarılıb və saxlanılması üçün İnterpola müraciət edilib. (ona)


