İmsak və iftar üçün susuzluğu aradan qaldıran faydalı ərzaqlar














Ramazanın gəlişi ilə oruc tutanlar "İmsakda və iftarda nə cür qidalanmalıyıq" suallarına cavab axtarır. Türkiyənin Səhiyyə Nazirliyi Ramazan ayında orqanizmin sağlamlığı üçün faydalı məhsulları açıqlayıb.

dogruxeber.tv Ramazan ayında orqanizmi tox saxlayan və su ehtiyacını qarşılayan faydalı məhsulların adlarını açıqlayıb.

Su

Bədənin sağlam olması üçün ilk növbədə su ehtiyacını qarşılamaq lazımdır. Ramazan ayında uzun müddət susuz qalmaq bəzi xəstəliklərə yol aça bilər. Odur ki, mütəxəssislər imsakda və iftarda maye miqdarı yüksək olan məhsullara daha çox yer verməklə meydana gələ biləcək narahatlıqların qarşısını almağın mümkün olduğunu bildirib. Bu ilki Ramazan ayı əvvəlki illərlə müqayisədə isti havalara təsadüf etməsə də, ac və susuz qalma müddəti uzundur. Odur ki, imsakda və iftarda su çox için.

Kefir

Kefir əsrlərdir su yanğısını yatıran içki məqsədi ilə istifadə edilir. Tərkibindəki faydalı bakteriyalar mədə pozğunluğu və mədə qıcqırmasına yaxşı təsir edir. İmsakda iki stəkan kefir içmək gün ərzində yaranacaq susuzluğun qarşısını alır qaldırır. Kefir südlə müqayisədə daha az bakteriyadan ibarətdir. Qandakı pis xolesterini aşağı salaraq qan təzyiqini tənzimləyir. Beləliklə, ürək damar xəstəliklərinin qarşısını alır. Aparılan araşdırmalarda məlum olub ki, kefir böyrəküstü vəziləri hərəkətə gətirən təsirli vasitədir. Bu sayədə bədənin maye ehtiyatı daim yenilənir.

Mövsüm meyvələri

Vitamin və mineral baxımından zəngin olan gilas, alça, çiyələk və ərik kimi meyvələr bədənin su ehtiyacını qarşılayır və susuzluğu aradan qaldırır. Bu meyvələrdən hazırlanan kompotları soyuq halda içmək orqanizmin günlük su tələbatını artıqlaması ilə ödəyir. Mütəxəssislər, bu meyvələrdən bişirilən kompotları imsakda və iftarda bir kasa içməyi təklif edir.

Dovğa kimi soyuq xörəklər sərinlədici və tox tutmaq xüsusiyyətlərə malikdir. İmsak üçün xüsusilə uyğundur.

Xiyar

Xiyar 96 faiz mayedən ibarətdir. Ən yüksək maye miqdarına malik olan bu tərəvəzdən gündə iki ədəd yemək orqanizmin gündəlik su ehtiyacının 40 faizini ödəyir. Eyni zamanda xiyar C, K və B vitaminləri baxımından zəngindir.

Kabaçki

Xiyardan sonra maye miqdarı yüksək olan qida kabaçkidir. Ancaq bu tərəvəzin faydalarından yararlanmaq üçün qaynadılaraq yeyilməsi lazımdır. Qızardılan kabaçki su miqdarını çox tez itirir.

Pomidor

Pomidorun da maye səviyyəsi yüksəkdir. Ancaq pomidorun tərkibində turş maddələr daxildir. Odur ki, gün ərzində 2-3 ədəd pomidordan çox yemək olmaz. Bundan başqa, pomidor tərkibindəki flavonid maddə sayəsində antioksidant təsiri göstərərək orqanizmi xərçəng hüceyrələrindən qoruyur.

Kahı bədəndəki toksinləri təmizləməklə orqanizmin su ehtiyatının tükənməsinin qarşısını alır. Mütəmadi olaraq kahı yemək orqanizmin immunitetini gücləndirərək xəstəliklərə qarşı qalxan yaradır.

Çiyələk

C vitamini baxımından çox zəngin olan çiyələyin tərkibinin 90 faizini su təşkil edir. Ürək və damar xəstəliklərinin qarşısını alır, infeksiyalarla mübarizə aparmağa kömək edir. Sellüloz isə uzun müddət toxluq hissi yaradır.

Qovun

Qovunun da tərkibinin 90 faizini su təşkil edir. Kalium və C vitamini sayəsində qan təzyiqini tənzimləyir, qəbizliyin qarşısını alır və toxluq hissi verir.

Qarpız

Qarpızın 92 faizini su təşkil edir. Beta-karoten, likopen və C vitamini baxımından da olduqca zəngin meyvədir. Tərkibindəki B vitaminləri bədənin enerjisini qorumağa yardım edir. Qan dövranını sürətləndirir və zərərli maddələri damarlardan təmizləyərək xolesterin səviyyəsinin yüksəlməsini əngəlləyir. Ancaq yüksək miqdarda şəkər ehtiva etdiyi də unudulmamalıdır.

Qarpız oruc tutan şəxslər üçün xüsusilə faydalıdır. Qarpız da, qovun da oruc saatlarında orqanizmdə baş verən su və şəkər itkisinin qarşısını alır.

Limon

Limonlu su susuzluğu uzun müddət yatıran təsirli içkidir.

Bibər

Bibər A və C vitamini anbarıdır. Tərkibinin 90 faizini su təşkil edir. Tərkibindəki vitaminlərlə hüceyrələrin sağlam fəaliyyətini təmin edir. (publika.az)

Son xəbərlər

Qəbələdə üfunət və iri siçanlardan şikayət: Sakinlər kömək istəyirlər

"Amay"ın qarşısında kişinin başına daş düşdü

Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi

Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?

“Öz məhəlləsinə verir, biz isə qalırıq belə” -Su üzünə həsrət qalan Bakıxanov sakinləri

Bakıda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, birinin meyiti aşkarlandı

Türkmənistan Ukraynanın Xəzərə hücumunu pislədi

Qarsa yeni baş konsul təyin edildi

Qarabağ Veteranı Bəhruz Alışov: "Binəqədi İcra Hakimiyyəti mənə haqsızlıq edib"

AB-dən iranlı hakimlərə sanksiya..

Dünya çempionatı Bakıda keçiriləcək – Prezident sərəncam imzaladı

Mərkəzi çağırış komissiyasının iclası keçirilib

Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia

Bu ÖLKƏDƏ DƏHŞƏT yaşanır - Alovlar yüz minlərlə adamı qovur

İlham Əliyev 3 fərman imzaladı

Günəşdə güclü alışma baş verib

İİKK-nin polkovniki oğurlandı

Bu şəxslər 7 min manatadək cərimələnəcək

Bakıda külək 7 ağacı aşırdı

Güclü külək: DYP-dən sürücülərə xəbərdarlıq

”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR

Traktorun təkəri altında qalan kənd sakini vəfat etdi

Bakı havasındakı tozun səbəbi – Açıqlandı

Şabran sakinlərinin işıq dərdi: "Ərzaqlarımız xarab olur"

DİM-dən “sənət qətliamı” – Abituriyentlər kütləvi şəkildə kəsilib, müəllim və valideynlər şokda

Kredit borcunu qaytara bilməyənlərə şad xəbər

Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir

Qazaxda ilk dəfə avarçəkmə tədbiri təşkil olunub

Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyində idarəetmə ilə bağlı ciddi iddialar: Tarixi irsin qorunması sual altındadır

Qarabağ suvarma kanalında bir nəfər batdı

Bütün xəbərlər