Boyun mioziti nədir? – Səbəblər, müalicə














Boyun ağrılarının 50%-i əzələ boyun-çiyin əzələ qrupunun iltihabi prosesindən qaynaqlanır.
Miozit xəstəliyinin növləri içində ən çox yayılmışı da məhz boyun miozitidir.

Xəstəlik istənilən yaşda, qadın-kişi fərqi olmadan hər kəsi yaxalaya bilər.

dogruxeber.tv medicina.az-a istinadən Azərbaycanda da çox yayılmış boyun miozitinin səbəb, əlamətləri və müalicəsini təqdim edir.

Xəstəliyin əlamətləri:

-Boyun miozitini çox vaxt həkim və pasiyentlərin səhv saldığı ostexondroz, radikulit, onurğa yırtığından fərqləndirən əsas əlamət onun bir neçə gün ərzində başlayıb, 1 həftə ərzində kəskinləşməsi və ağrıların dözülməz olmasıdır.
-Boyunu tərpədəndə, çevirəndə, fiziki yük zamanı, başı əyəndə ağrı kəskinləşir, çiyinə, qola, qulağa yayılır. Adətən miozit boynun bir tərəfini tutur.
-Boyun əzələsi şişir
-Əgər miozit irinlidirsə, temperatur qalxır, intoksikasiya və baş ağrısı başlayır.
-Ənsədə, gicgahda ağrı olur, çəmədə çeynəmə əzələləri gərginləşir, xəstə yemək yeyərkən ağrı hiss edir.
-Ağrılar gecə və açıq havada, soyuqda artır
-Udmada çətinlik, öskürək ağır mərhələdə baş verir.
-İltihab sağlam əzələlərə yayılıb, onların funksiyasını pozur. Vaxtında müdaxilə və müalicə olunmadıqda tənəffüs əzələlərini də yoluxdurub, boğulmaya səbəb ola bilər.
-Dermatomiozit boyun, çiyin nahiyəsində səpkilərlə xarakterizə olunur, dodaq, gözlərin üstü şişir.
- Parazitar miozitdə ağrılar döş qəfəsi əzələlərini əhatə edir, lokal hərarət qalxır, insan özünü çox pis hiss edir.

Əgər iltihab yüngüldürsə, xəstəlik 4-6 günə öz-özümə keçib gedir. Xəstə sadəcə az hərəkət etməli, boyunu isti saxlamalı, ağrıkəsici qəbul etməlidir.
Yüngülləşmə baş verməsə, xəstəlik xroniki və kəskin formaya keçir.

Səbəbləri:

Bu xəstəlik o qədər çox səbəblidir ki, səbəbi araşdırmağa vaxt belə yetməz.

-Travma, zədə, ağırlıq
-Toksiki təsir
-İltihabi xəstəliklər
-İnfeksiyalar - hətta xroniki angina, qrip, tonzillit əzələlələri iltihablaşdıra bilər
-İş rejimi, xüsusən soyuq havada işləyənlər, ofis işçiləri
-İdmanda əzələ travması, dartılma
-Uzun müddətli stres, nevroz
-Parazitar yoluxma, orqanizmdə olan mikroorqanizmlər əzələləri zədələyir
-Kəskin soyuq, donvurma
-Oynaq iltihabi xəstəlikləri, artroz, ostexondroz

Müayinəsi

Nevroloq tərəfindən aparılıb, boyun rentgeni, USM, qan analizi olunur.
Müalicə üçün kompleks dərmanlar və fizioterapiya təyin edilir.
İrinli miozit antibiotiklərlə müalicə edilir.

Yerli olaraq maz çəkilməsi irinli miozitdə yolverilməzdir.
Amma digər hallarda isidici, qızışdırıcı, spazmaqolik xarakterli, qan dövranını artıran mazlar təyin edilir.
İltihab əleyhinə fastum gel, finalqon çəkilə bilər.

Qidalanma

Xəstəlik iltihabi, parazitar xarakterli olduğundan xəstə bir müddət duzlu, istiotlu, qızardılmış yeməklərdən, ətdən imtina etməlidir. Orqanizmdən toksinləri, parazitləri qovan, iltihabı azaldan meyvə, tərəvəz, bitki çayları və s qəbul etməlidir.

Fiziki hərəkət, idman

Akvaaerobika, yüngül su idmanı miozitlər üçün uyğundur. Əzələnin tonusu artırmaq üçün xüsusi idman növləri seçilir.
Eləcə də peşəkar masajis tərəfindən müalicəvi masaj edilməlidir.

Son xəbərlər

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Sumqayıtda Milli Qurtuluş Günü qeyd olundu – FOTOLAR

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bütün xəbərlər