hadise
25.05.2019
Bakı sakini özünü körpüdən atmağa cəhd etdi
![]()
Bu gecə Bakının Sabunçu rayonunun ərazisində intihara cəhd olub.
FHN-dən verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sabunçu rayonunda bir nəfər körpünün üzərinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.
Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb


