Azay Quliyev Milli Məclisdə: “Yollara ayrılan vəsaitin şəffaflığı təmin olunmalıdır”













“Bu gün sosial şəbəkələrdə ehtiyat fondları ilə bağlı məsələni fərqli yöndə müzakirəyə çıxarıblar. Təəssüf ki, bu gün özünü iqtisadçı adlandıran bəzi şəxslər ehtiyat fondlarının icrası ilə bağlı sui- istifadələrə yol verirlər. Halbuki ehtiyat fondları təcili məsələlərin həllinə yönəlib. Ümumi məsələlərin həllinə yönəlməsi, görünür, kimlərisə narahat edir”

Bunu deputat Azay Quliyev Milli Məclisin iclasında deyib.

O bildirib ki, hesabata baxmaq kifayətdir. “Hesabata baxsaq görərik ki, 2018-ci ildə Ehtiyat Fondundan 52.2 milyon manat müdafiə xərclərinə yönəlib. Ona görə bu barədə heç bir problem yoxdur. Ehtiyat fondlarının xərclənməsi kifayət qədər şəffafdır”.

Deputat seçicilər tərəfindən daxil olan müraciətləri də diqqətə çatdırıb.

“Seçicilər tərəfindən ünvanlanan bəzi müraciətləri səsləndirmək istərdim. mənzil-kommunal təsərrüfatları bağlı çox ciddi problemlər var. Büdcədən 451 milyon manat vəsait ayırmışıq. Doğrudan da bu gün mənzil-kommunal təsərrüfatları ilə bağlı olan qurumların özəlləşməsinə ehtiyac var. Təkcə təmsil olunduğum Binəqədi rayonunda 400-dən çox istifadəyə yararsız lift var. Hesab edirəm ki, bu gün bunun həlli çox vacibdir. Həmçinin ayrılan vəsaitin necə xərclənməsi də sual doğurur. Yaxud da Xocəsən qəsəbəsində mədəniyyət evinin yenidən qurulması ilə bağlı 430 min manatdan çox vəsaitin ayrılması qərarı verilib. Ancaq bu vəsaitin bir hissəsi ayrıldığından işin icrası tam təmin olunmayıb. Hörmətli maliyyə nazirindən bu məsələyə diqqət ayırmasını xahiş edərdim”.

Deputat bəzi yolların təmirsiz olduğunu da söyləyib.

“Eyni zamanda avtomobil yolları ilə bağlı məsələdən də danışa bilərik. Düşünürəm ki, bu sahədə indiyə qədər işlər görülsə də, Bakı və ətraf kəndlərdə elə yollar var ki, onlara yenidən baxılmalı və təmir edilməlidir. Bu baxımdan da avtomobil yollarına ayrılan vəsaitin şəffaflığı təmin olunmalı və görülən işlər açıq şəkildə Milli Məclisdə göstərilməli və qeyd olunmalıdır”.

Son xəbərlər

Göz zəifliyi uşaqlara keçə bilərmi? – Oftalmoloq açıqladı

Azərbaycanda yumurta ucuzlaşdı

Türkiyə müdafiə naziri: Hörmüz boğazında missiyaya hazırıq

“AzerGold” QSC-də Qvineya Respublikasının planlaşdırma, beynəlxalq əməkdaşlıq və inkişaf naziri ilə görüş keçirilib

Qeyri-çimərlik ərazilərdə 12 nəfər batdı

Hərbçilərə ŞAD XƏBƏR - Artım olacaq

Paşinyan: "ABŞ TRIPP layihəsi üçün fond yaradır"

Bu təhsil müəssisəsi gələn il məzun verməyəcək

Narkotik satanlar həbs olundular

Türkiyədə bələdiyyə sədrləri saxlanıldı

Azərbaycanlı gənc Qara dənizdə boğuldu - Foto

“iPhone 18 Pro”nun qiyməti açıqlandı

Sumqayıtda dostlar arasında dava: bıçaqlanan var

Səmanın yeni ovçusu - “Dəmir arı” dövrü başladı

Avstraliya Ukraynaya silah tədarükü üçün əlavə 70 milyon dollar ayıracaq

Nazirlik 3548 müəllimlə bağlı məlumat yaydı

Moskva vilayətinə "qara yağış" yağdı

Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb

Tikinti materiallarının istehsalı artıb

Sahibə Qafarova Rusiya Federasiya Şurası sədrinin birinci müavini ilə görüşdü

İran uranı zənginləşdirməkdən çəkilir

19 minlik naqilləri oğurlayan dəstə saxlanıldı – Video

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

II və III qrupların keçid balları ilə bağlı mühüm proqnoz

Rusiya Ukraynanın PUA mərkəzini vurdu

Keçmiş vəkil hakim qarşısında

Türkiyəli aktyor saxlanıldı

Goranboyda ata qızını öldürən kürəkəni bağışladı

Avtobuslarda kondisioner problemi - "Sərnişin az olanda söndürün" qərarını kim verib?

Bütün xəbərlər