Bir gündə bir neçə zəlzələ nəyin anonsudur – Narahat olmağa dəyər?






Azərbaycanda bir gündə bir neçə zəlzələ qeydə alınıb. Respublika Seysmoloji Xidmət Mərkəzindən Sputnik Azərbaycan-a verilən məlumata görə, dünən Xəzər dənizində baş verən zəlzələlərin ən təsirlisi 4,8 bal gücündə olub. Bir gündə bir neçə zəlzələnin baş verməsi əhali arasında zəlzələ xofunu artırır. Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, son iki gündə respublika ərazisində baş verən zəlzələlərin maqnitudası çox kiçik olduğundan narahatlığa əsas yoxdur:

“Beynəlxalq sazişlərə əsasən, maqnitudası 3 və 3-dən çox olan bütün zəlzələlər barədə məlumatlar həm müvafiq beynəlxalq qurumların, həm də RSXM-nin saytında yerləşdirilməlidir. Ona görə də, maqnitudası 3 və 3-dən yuxarı olan zəlzələlər hiss olunmasa da sayta yerləşdirilir. Azərbaycanda belə təkanlar demək olar ki, hər gün qeydə alınır. Səbəb də odur ki, Azərbaycan seysmik zonada yerləşir. Elə gün olunmur ki, bizdə kiçik təkanlar qeydə alınmasın. Biz onlar barədə elmi-tədqiqat işləri aparırıq. O ki, qaldı Xəzərdə bir gündə iki zəlzələnin baş verməsinə, bunu da adi bir hal kimi qəbul etmək lazımdır”.

Q. Yetirmişli bildirirb ki, bu gün sutka ərzində 25, ötən gün isə 27 zəif zəlzələ qeydə alınıb: “Amma bu o demək deyil ki, bu ardı-arda baş verən kiçik təkanlar maqnitudası böyük zəlzələnin baş verəcəyindən xəbər verir. Azərbaycan hüdudlarında baş verən zəlzələlər arasında hiss olunanları da olacaq, hiss olunmayanları da. Zəlzələ elə prosesdir ki, onun qısa proqnozunu vermək mümkün deyil. Bu dəqiqə demək olmaz ki, bölgədə zəlzələyə ciddi hazırlıq gedir və katastrofik zəlzələ baş verəcək. Fon səviyyəsində olan bu təkanların baş verməsi normaldır və qorxusu da yoxdur” – deyə Q. Yetirmişli bildirib. (Sputnik)

Son xəbərlər

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bütün xəbərlər