gundem / hadise
11.06.2019, 11:43
Bakıda qadın sürücü qəza törətdi
![]()
Paytaxtda xəsarətlə nəticələnən yol qəzası baş verib.
"Report" bildirir ki, hadisə Xocahəsən yolunda qeydə alınıb.
1973-cü il təvəllüdlü Sadıqova Səadət Abbasəli qızı idarə etdiyi avtomobillə qəza törədib. Nəticədə sürücü xəsarət alıb.
Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Ona sol çiynin əzilmiş-cırılmış yarası və sol gicgah-ənsə nahiyəsində yumşaq toxumalarının əziyi diaqnozu qoyulub.


