gundem
13.06.2019, 21:17
"İnterpol" qəsdən adam öldürməkdə təqsirləndirilən azərbaycanlını axtarışa verdi
![]()
Azərbaycanda qətl törətməkdə təqsirləndirilən şəxs beynəlxalq axtarışa verilib.
Trend-in məlumatına görə, 1964-cü ildə Lerik rayonunda anadan olan Əlipaşa Məmmədov barəsində Azərbaycan hüquq-mühafizə orqanlarında cinayət işi başlansa da, o istintaqdan yayınıb.
Bundan sonra məhkəmə Ə.Məmmədov barəsində həbs qətimkan tədbiri seçib və təqsirləndirilən şəxs axtarışa verilib.


