“Ərzaq mallarının qiyməti sürətlə bahalaşacaq” - Ekspert













“Ərzaq qiymətlərinin artımı, ikirəqəmli inflyasiyaya qayıdış qaçılmazdır. Manatın devalvasiyası risklərin necə idarəolunmasından asılı olacaq”.

Bu sözləri iqtisadçı alim Qubad İbadoğlu minimum əmək haqqının artımını şərh edərkən deyib:

"Ötən il hazırlanan və təsdiq olunan 2019-cu il üçün dövlət büdcəsində əməyin ödənişi və digər sosial ödənişlər üzrə xərclərə əlavə olaraq 620,0 milyon manat vəsait nəzərdə tutulmuşdu. Ümumilikdə bu məqsədlə ötən il 6 milyard manat vəsait xərclənmişdi. Minimum əmək haqqının ilk dəfə artımı üçün 335 milyon manat, digər sosial müavinətlərin artımı ilə birlikdə 600 milyon manat vəsait tələb edir.

Bu o deməkdir ki, büdcədə əvvəlcədən planlaşdırılan 620 milyon manatlıq vəsait yalnız əvvəlki fərmandan irəli gələn artımları örtməyə kifayət edir. Bununla yanaşı, kredit borclarının silinməsinin maliyyə tutumu 2,2 mlrd manatdır. Bu vəsaitin çox hissəsi büdcədən götürülsə də əvvəlcədən nəzərdə tutulmamışdı. Nəhayət, sonuncu fərman cari ilin büdcəsindən yalnız minimum əmək haqqının artımına və təhsil işçilərinin maaşlarının qaldırılmasına 1 miyard 20 milyon manat vəsait tələb edir.

Bütövlükdə isə son fərmanın maliyyə yükü 1,5 mlrd. manatdan çoxdur. Göründüyü kimi, büdcədə nəzərdə tutulanla müqayisədə ən azı 5 dəfə artıq vəsaitin xərclənməsi gözlənilir.

Bu təbii ki, ilk növbədə fərdi kontekstdə alıcılıq qabliyyətinin, ümumi müstəvidə isə məcmu tələbin artımına gətirib çıxaracaq. Təbii ki, bundan istehsalçılar və idxalatçılar bəhrələnmək üçün qiymətləri həvəslə artıracaqlar. Nəzərə alsaq ki, ölkədə bazar iqtisadiyyatı təşəkkül tapmayıb, qiymətlərin əksəriyyətini bazarda hökmran mövqeyə malik olan inhisarçılar diktə edir, tariflər isə dövlət şirkətlərin korporotiv marağı ilə durmadan artırılır.

Odur ki, qiymətlərin artımı, ikirəqəmli inflyasiyaya qayıdış qaçılmazdır. Xüsusilə də ərzaq mallarının qiyməti daha sürətlə bahalaşacaq.

Qiymət artımını şərtləndirən digər amil isə xüsusilə də Bakı şəhərində tikinti və ticarət sahəsində fəaliyyət göstərən fərdi sahibkarların sosial sığorta ayırmalarıın artımına görə ticarət və xidmətdə artan xərclər olacaq".

Qubad İbadoğlunun fikrincə, devalvasiyaya gəlincə, bu sahədə də risklər artacaq və onun idarəedilməsi çətinləşəcək:

"Çünki, bir tərəfdən istehlak məhsullarına artan ehtiyac əsasən idxal malları hesabına ödəniləcək, bu isə ölkədə valyutaya tələbatı çoxaldacaq. Digər tərəfdən də dünya bazarında xam nefin qiymətinin ucuzlaşması ölkəyə ixracatdan gələn valyutanın həcmini azalda bilər.

Beləliklə də iqtisadiyyatın və istehlakçıların taleyi dünya bazarında neftin qiymətidən və ant-inflyasiya istiqamətində höküməti görə biləcəyi tədbirlərdən asılı olacaq. Hazırkı hökumət nə birinciyə, nə də ikinciyə təsir etmək gücündə deyil. Çünki, ölkədə kəskin monopollaşma və siyasi korrupsiya ant-inflyasiya istiqamətdə tədbirlərin təsir gücünü azaldır. Beləliklə də iqtisadiyyatın cari ilin oktyabrından gələn ilin mayınadək qara günləri başlayacaq".Yeni Sabah

Oxunub: 713

Son xəbərlər

Hikmət Mirzəyev türkiyəli həmkarı ilə hərbi əməkdaşlığı müzakirə edib

Aİ-nin uzunmüddətli büdcəsinin 2 trilyon avroya qədər artırılması təklif edilib

Mirzoyan Parisdə Azərbaycanla sülh prosesi və regional layihələr barədə danışıb

UEFA-nın dəstəyi ilə Bakıda uşaq hüquqlarının qorunmasına dair tədbir təşkil olunub

BƏƏ OPEC-dən və OPEC+ sazişindən çıxır

Xanabad və Təzəbinədə torpaqların əkin məqsədli istifadəsi üçün müraciətlərin qəbulu başlayır

Ağcabədidə avtomobil piyadanı vuraraq öldürüb

Braziliyada "Azərbaycan Mədəniyyət Günü" adlı tədbir keçirilib

İran hökumətinin etiraz qorxusu: Təcili toplantı keçirildi

İlham Əliyev onları təltif etdi

İsveçrənin bu addımı Ciorca Melonini qəzəbləndirdi

Aprel çağırışının gedişatı müzakirə olundu

Yol polisi əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət etdi

Sabah hava yağıntılı olacaq

ABŞ ağır zərbə PUA-larından imtina edir

Keşlədə sökülmüş yaşayış evinin sakinlərinə maddi yardım ödəniləcək

"İdrak" liseyində güllələnən müəllim işdən çıxdı

Dəniz səviyyəsi artır, torpaq çökür - Çinin sahil şəhərləri üçün yeni təhlükə

Bakının 4 rayonunda istinad divarları TİKİLƏCƏK-SƏRƏNCAM

Azərbaycan millisi dünya reytinqində birinci oldu

Donald Trumpa qarşı sui-qəsd cəhdinin detalları ortaya çıxdı

Medina "Qarabağ"da 200-ə çatdı

Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: Səbəb açıqlanmadı

Azərbaycanda “Kərimə dövlət” qurmaq istəyənlərdən biri öldürüldü

Zelenski Qəbələdən sonra İrəvana gedəcək

Gürcü futbolçu Azərbaycan Premyer Liqasında 60-cı qolunu vurdu

Bu maşın markasının satışı ARTIR- YENİ REKORD

Bakı-Praqa iqtisadi əlaqələrində yeni mərhələ: Azərbaycan Çexiya bazarında nə satır?

Azərbaycan universitetlərində dərslər bu tarixdə yekunlaşacaq

Vətəndaşların dövlət qurumlarına müraciətlərinə EHİS üzərindən də baxılacaq

Bütün xəbərlər