“HÖKUMƏT PENSİYAÇILARA 7 MİLYON “ATIB” – Statistika Komitəsinin “xətası”




İqtisadçı-ekspert, ADR Hərəkatının rəhbəri Qubad İbadoğlu Dövlət Statistika Komitəsinin bir “xətası”nın pensiyaçıların cibindən 7 milyondan artıq vəsaitin oğurlanmasına səbəb olacağını bildirib. Reportyor.info iqtisadçı alimin həmin yazısını təqdim edir:

-Azərbaycan statistikasında orta aylıq nominal əmək haqqı “xətası”na görə pensiyaçılar 7 milyon 41 min 939 manat 84 qəpik az ödəniləcək. Dövlət Statistika Komitəsinin (DSK) məlumatna inansaq, 2018-ci i ilin yanvarın 1-ə, Azərbaycanda orta aylıq nominal əmək haqqı 528,2 manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,7 faiz çoxdur. Halbuki, DSK-nın 2017-ci il yanvarın 1-ə olan məlumatında Azərbaycanda orta aylıq nominal əmək haqqının 498,6 manat olduğu göstərilirdi. Sadə riyazi hesablama əsasında müəyyən etmək olur ki, bu il ötən illə müqayisədə orta aylıq əmək haqqı 5,7 faiz deyil, 5,9 faiz ((528,2/498,6) x 100 =105,93-100 = 5,93) artıb. Bəs nədən DSK orta aylıq əmək haqqının artım tempini aşağı elan edib?

Əslində DSK-da bu göstəriciləri dürüst hesabalamaq bacarığına malik olan yüzlərlə mütəxəssis var və biz onların fəaliyyətinə şübhə salmaq niyyətində deyilik. Hesab edirik ki, bu xətalar riyasi deyil, siyasidir. Çünki, bu ildən başlayaraq pensiyaların indeksləşdirilməsi inflyasiya səviyyəsi əsasında deyil, orta aylıq nominal əmək haqqının artım tempi bazasında aparılır.

statistika1

Dövlət Sosial Müdafiə Fondunun açıqladığı məlumata görə, ötən il pensiyanın orta aylıq məbləği 8,4 faiz artaraq 01 yanvar 2018-ci il vəziyyətinə 208,4 manata, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 9,3 faiz artaraq 233,61 manata çatıb. Deməli indeksləşdirmə aparılan yaşa görə pensiyaların baza göstəicisi hazırda 233,61 manatdır. Ötən il orta aylıq əmək haqqının artım tempi 5,9 faiz olduğu halda, hesablama 5,7 faiz üzərində aparıldığından yaşa görə pensiya alan hər təqaüdçüyə indeksləşdirmə məbləği 0,2 faiz az ödənilir ki, bu da ayda 46,7 qəpik, ildə isə 5 manat 60 qəpik edir. Deməli, hökümət hər pensiyaçıya ildə 5 manat 60 qəpik az ödəməklə, bütövlükdə il ərzində bütün pensiyaçılardan (onların sayı 1 milyon 256 min nəfərdir) 7 milyon 41 min 939 manat 84 qəpik kəsir, başqa sözlə onları aldadaraq o qədər vəsaitə qənaət edir.
Diqqət edin, görün hər gün davamlı inkişaf nağıllarından danışan hökümət kimləri aldadaraq irəli düşmək istəyir.

pensiya-yashli-qoca-pul

Hələ bu azmış kimi gələn ilə də indidən hazırlıq edir. Belə ki, bu gün DSK-nın mətbuat üçün açıqladığı “İqtisadiyyatda işləyənlərin sayı və əmək haqqı barədə” məlumatında göstərilir ki, 2018-ci ilin yanvar ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 3% artaraq 519,8 manat təşkil edib. Doğrudan da ötən ilin yanvar ayında orta aylıq nominal əmək haqqı 504,8 faiz olub, bu da o deməkdir ki, bu ilin eyni göstərici əvvəlki ildəkindən 2,97 faiz çox, lakin ilin əvvəli ilə müqayisədə isə 1,6 faiz azdır. Çünki, 1 ay bundan əvvəl ölkədə orta aylıq nominal əmək haqqı 528,2 manat idi, 1 ay sonra isə 519,8 manat təşkil edib. Bu da irəliyə deyil, geriyə dönüşdür, eyni zamanda onu da deməyə əsas verir ki, gələn ilə indidən hazırlıqlar başlayıb. Ehtiyatlı olun əziz pensiyaçılar belə getsə bu hökümət gələn il sizi borclu çıxara bilər, qorxuram bu il ödədiklərini gələn geri istəsinlər ki, orta aylıq əmək haqqı azaldığına görə, biz sizə deyil, siz bizə borclusunuz.



“HÖKUMƏT PENSİYAÇILARA 7 MİLYON “ATIB” – Statistika Komitəsinin “xətası”



“HÖKUMƏT PENSİYAÇILARA 7 MİLYON “ATIB” – Statistika Komitəsinin “xətası”

Son xəbərlər

Deputatlar yekdilliklə dəstəklədilər: Parlament buraxılır

Merts: Ukraynada müharibəni dayandırmağın iki yolu var

Karapetyana qarşı iş açıldı

Almaniyada yoxsulluq zirvəyə çatdı

“Ayaks” ispaniyalı baş məşqçi ilə anlaşdı

Azərbaycan Mərkəzi Bankının rəhbərliyinin əmək haqqı xərcləri 45 % artıb

Özbəkistan və Finlandiya rəqəmsal nəqliyyat və ağıllı mobillik sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər

Bakıdan Türkiyəyə qatarla gediş-gəliş başladı

Bazarda şok qiymət artımı: Mühərrik yağları 30 faiz bahalaşdı

"Ermənistanı Ukraynanın taleyi gözləyir" - Volodindən XƏBƏRDARLIQ

“AzerGold” QSC Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Göygöl və Daşkəsəndə səyyar tamaşalar təşkil edib

“Nar” “JestPlus” tətbiqi üzrə maarifləndirici görüş keçirdi

Sabah hava necə olacaq?

Ermənistan-Türkiyə yaxınlaşması regionda güc balansını belə dəyişəcək: Rusiya və İran...

Azərbaycanla dəmir yolunun açılması ilə bağlı Gürcüstandan açıqlama

Xətai rayonunda 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar konsert proqramı təşkil olunub+VİDEO

Tramp İsrail və Hizbullahın Livana hücumunu dayandırmaq barədə razılığa gəldiyini bildirib

Müqavimət göstərən sürücü saxlanıldı

Abşeronda Uşaqların Beynəlxalq Müdafiəsi Günü şəhid övladları ilə birgə qeyd edilib

“Nar” gənclərin təhsilinə dəstək olmağa davam edir

Netanyahu ilə danışdıqdan sonra Tramp İsrail qoşunlarının Beyruta getməyəcəyini bildirib

Küveyt İrana xəbərdarlıq etdi

Saakaşvilidən müharibə xəbərdarlığı: Bakı buna icazə verməyəcək

Prezident İlham Əliyev: Zəngəzur dəhlizi mütləq inşa ediləcək

Bakıda evdən 6 min dollar oğurlayan usta saxlanıldı

Qəbul imtahanının 2-ci cəhdinə qeydiyyat başladı

Dollar almaq istəyənlərin NƏZƏRİNƏ

Prezident Qurban Qurbanovu təltif etdi

Qubanın 3 kəndinin adı dəyişdirildi

Yaşla əlaqəli beyin iltihabının müalicəsi tapıldı

Bütün xəbərlər