Fabrik dəyəri 103 illik orta aylıq əmək haqqına bərabər olan avtomobil  kimə məxsusdur?



















dogruxeber.tv İqtisadi ekspert Qubad İbadoglunun facebook səhifəsinə istinadən xəbər verirki
Şəkildə gördüyünüz super avtomobilin modeli Mercedes–Benz S Class olsa da Brabus şirkəti tərəfindən xüsusi qaydada yığılıb, 8 silindiri var, mühərrikinin həcmi 5912 kv. sm-dir, 850 at gücünə malikdir, maksimum sürəti saatda 350 km-dir.
Sahibinin və ya istifadəçisinin kim olmasını bilmirəm. Bilən varsa yazsın maraqlı olardı. Yalnız onu deyə bilərəm ki, nömrə nişanına görə bu xidməti avtomobil Azərbaycan Respublikasının icra hakimiyyətinə məxsusdur və Bakıda dövlət qeydiyyatından keçib. Onu da əlavə edim ki, avtomobilin zavod qiyməti 381 min dollar və ya hazırkı məzənnə ilə 650 min manatdır. Bu avtomobilin yalnız fabrik satış qiymətini ödəmək üçün hazırkı məzənnə və orta aylıq əmək haqqı ilə ən azı 103 il, minimum əmək haqqı ilə 416 il işləmək lazımdır.
Yeri gəlmişkən onu da qeyd edim ki, istismar müddəti 1 ildən az olan belə avtomobilin gömrük rəsmiləşdirilməsi üçün büdcəyə 287 min 695 manat 72 qəpik aksiz və əlavə dəyər vergisi də daxil olmaqla cəmi gömrük rüsumları ödənilməlidir. Görəsən bu maşını idxalı zamanı büdcəyə ödəniş olubmu?
Bu avtomobilin yalnız zavod dəyəri ayrı-ayrılıqda dövlətin 18 min 55 məcbur köçkünə 1 ay ərzində yaşamaq üçün verdiyi müavinətin, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş 11 min 818 uşağın qəyyumlarına verdiyi birdəfəlik müavinətin, sağlamlıq imkanları məhdud olan 18 yaşadək 6 min 784 uşağa ayırdığı aylıq sosial müavinətin, 3 min 163 pensiyaçıya ödədiyi orta aylıq təqaüdün məbləğinə bərabərdir. Nəzərə alın ki, bu hesablama yalnız 1 avtomobilin dəyəri üzərində qurulub. Heç şübhə etmirəm ki, Azərbaycanın dövlət orqanların bu səviyyədə, hətta ondan da bahalı avtomobillər onlarladır.
Bu qədər israfçılığa rəvac verən, məmuru 650 min manat zavod dəyəri olan xidməti avtomobildə gəzən prezidentin son fərmanı ilə yaşa görə aylıq sosial müavinəti 6 manat 60 qəpik, əlilliyə görə aylıq sosial müavinəti 5 manat 45 qəpik, ailə başçısını itirməyə görə aylıq sosial müavinəti 6 manat 10 qəpik, sağlamlıq imkanları məhdud olan 18 yaşadək uşaqların aylıq sosial müavinətini 7 manat 40 qəpik artırılmasını nə dərəcədə ədalətli hesab etmək olar?

Son xəbərlər

Avro və rubl bahalaşdı

Xarici qüvvələr ərazimizə yaxın olduqları müddətdə risk altındadırlar -Əraqçi

Rusiyanın liman və aeroportları da sanksiyalar siyahısında

Əli Əsədovdan mühüm SƏRƏNCAM

Onların məhkəməsi başlayır

Evini satanlar üçün ciddi problem: Minlərlə vətəndaş qeydiyyatsız qala bilər

Ermənistan Rusiyadan yeni “Tor” kompleksləri aldı

Tedesko yeni komandasında imzasını atdı

Hikmət Hacıyev: “Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib”

Bakının bu ərazisində göl daşdı, həyətlər çirkab su ilə doldu

AMB rəsmisi: Azərbaycan ödəniş əməliyyatlarında yeni zirvələrə çatıb

Rusiya müharibənin bitmə şərtini açıqladı

ABŞ məhkəməsi Trampın "H-1B" vizaları üçün müəyyən etdiyi 100 min dollarlıq rüsumu ləğv edib

İşləyənlərə əlavə pul veriləcək - Yeni qaydalar açıqlandı

10 məşhurun narkotik testi müsbət çıxdı

Kərim Xan vəzifəsindən kənarlaşdırıldı

İmamoğlu və Özəl silindi...

Yol tikintisi apararkən 13 min torba qızıl tapdılar

Bakının iki rayonunda işıq olmayacaq

“Mərkəzi Klinika”nın həkimi müharibə əlilinin ölümünə səbəb oldu – İDDİA

Özbəkistanda təxminən 19 500 xarici investisiyalı müəssisə qeydiyyata alınıb

Pensiya və sosial müavinətlərə bağlı yenilik

Sumqayıtda evdə meyit tapıldı

Prezidentdən Ramiz Fətəliyevlə bağlı sərəncam

ADY rəhbərliyi keçmiş əməkdaşının Feysbukda yazdığı şikayəti sildirdi

“Azərişıq” ASC Lerikin ən ucqar dağ kəndlərində elektrik şəbəkəsini yeniləyir

Sabah dövlət büdcəsinin icrası müzakirə ediləcək

ADY 2026-cı ilin may ayında 1.6 milyon tondan çox yük daşıyıb

Ruslan Quliyev vəfat etdi

Ekologiya və təbii sərvətlər nazirinə yeni müşavir təyin olundu

Bütün xəbərlər