Bu şəhərdə 5G şəbəkəsi ilə təchiz olunan avtobus xətti istifadəyə verilib















Çinin sahil şəhəri və turizm mərkəzlərindən olan Çindao şəhərindəki avtobus xətlərindən biri 5-ci nəsil mobil rabitə (5G) şəbəkəsi ilə təchiz olunub.

dogruxeber.tv AZƏRTAC-a istinadən bildirir ki, Çindaonun əsas turizm məkanlarını birləşdirən 12 kilometrlik 468 nömrəli marşrut xəttində hərəkət edən avtobusların sərnişinləri 5G siqnalından, sonuncu nəsil mobil rabitə şəbəkəsini dəstəkləyən smartfonu olmayanlar isə 5G-yə əsaslanan "Wi-Fi" siqnalından istifadə etməklə yüksək sürətli internetə çıxış əldə edə bilirlər. Layihə ölkənin ən böyük mobil rabitə operatoru "China mobile" və telekommunikasiya şirkəti "Huawei"in dəstəyi ilə reallaşıb.

Sərnişindaşıma şirkəti gələcəkdə marşrut xəttindəki daha çox avtobusları 5G siqnalı ilə təchiz etməyi, habelə yeni nəsil mobil rabitə şəbəkəsinin imkanlarından istifadə etməklə xidmətin keyfiyyətini yüksəltməyi hədəfləyib. Buraya, həmçinin sürücüsüz avtobusların xəttə buraxılması da daxildir.

Qeyd edək ki, ilin əvvəlində Çinin Cinan və Çunçin şəhərlərində 5G şəbəkəsi vasitəsilə idarə olunan sürücüsüz avtobuslar test edilib.

Son xəbərlər

Səhər saatlarında dəhşətli qəza: Bir ailənin 4 üzvü...

Azərbaycanla sərhəddə “həyəcan siqnalı”: Təlim...

Rusiyadan İrana uçuşlara qadağa qoyuldu

Köçəryan ölkədən qaçmaq istədi

Avropanın dörd ölkəsi İrana qarşı sanksiyaların ləğvini nəzərdən keçirirlər

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Sumqayıtda Milli Qurtuluş Günü qeyd olundu – FOTOLAR

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Bütün xəbərlər