hadise
25.06.2019, 08:53
8 ədəd saxta 100 manatlıq əsginas aşkarlandı
![]()
Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakinləri N.Süleymanov və Y.Şükürovdan 8 ədəd 100 manatlıq saxta əsginaslar götürülüb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətindən verilən məlumata görə, araşdırmalarla onların saxta əsginasları həmyerliləri E.Niftiyevdən almaları müəyyən edilib.
Görülmüş tədbirlərlə E.Niftiyev də saxlanılıb.


