gundem
27.06.2019
Rusiya yeni üzən tank yaradır
![]()
Rusiyada özüyeriyən tankvuran top “Sprut SDM1” əsasında yeni yüngül üzən tank yaradılır.
Bu barədə TASS-a Xüsusi Maşınqayırma Konstruktor Bürosu ASC-nin baş konstruktoru Sergey Abdulov məlumat verib.
“Yeni maşın “Sprut”dan fərqli olaraq gücləndirilmiş müdafiə sistemi və fərqli hərəkət hissəsi isə təchiz olunacaq. Lakin maşında əvvəlki silah saxlanılacaq”, - deyə konstruktor bildirib.
Lakin o, yeni layihənin adını açıqlamayıb.
Qeyd edək ki, özüyeriyən tankvuran top “Sprut SDM1” 125 mm kalibrli yivsiz lüləli 2А75М ilə təchiz olunub.


